PDF Oxu

Sosial

  • 32

Təhsil ocaqları yeni dərs ilinin sevincini yaşadı

Təhsil ocaqları yeni dərs ilinin sevincini yaşadı

15 Sentyabr Bilik Günündə neçə-neçə insanların böyük həvəslə gözələdikləri gündə təhsil müəssisələrində böyük canlanma yaşandı. Ölkəmizin hər bir təhsil müəssisəsində Bilik Gününü qeyd edən təhsil işçiləri çalışdıqları ocaqlara toplaşmışdılar. Binəqədi rayonu 267 nömrəli məktəb-liseyi də, hər il olduğu kimi, bu il də məktəb öz qapılarını qürurla məktəblilərin üzünə açdı.

Tədbirdə Binəqədi rayon icra hakimiyyəti nümayəndələri, müharibə və əmək veteranı Rəna Əliyeva və rayonun fəal gəncləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Adilə Orucova bu gün münasibətilə bütün təhsil işçilərini və bilik almaq məqsədilə müxtəlif təhsil ocaqlarına yön almış hər bir kəsi ürəkdən təbrik edərək, onlara uğurlu nailiyyətlər dilədi. 2015-2016-cı tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərində Azərbaycan təhsilinin yeni inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran məktəbin direktoru dövlət tərəfindən təhsilə göstərilən diqqətə nəzər saldı. Təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən A.Orucova Azərbaycanın hazırda intensiv təhsil islahatları dövrünü yaşadığını bildirdi: "Təhsil islahatlarını ölkə səviyyəsində uğurla davam etdirmək iqtisadi və mədəni, sosial sahədə ölkəmizin inkişafına böyük dəstəkdir. Ölkə Prezidenti Cənab İlham Əliyevin təhsilin inkişafına olan daimi qayğısını hər an hiss edərək, bu islahatların həyata keçirilməsində məktəb-liseyin pedaqoji kollektivi də öz əməyini əsirgəmir".

A.Orucova ötən dərs ilinin rəhbərlik etdiyi kollektiv üçün də uğurlu olduğunu bildirdi:"Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.06.2015-ci il tarixli, 644 nömrəli əmri ilə bizim məktəb-liseyi tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər sırasına daxil edilib. Bu sahədə artıq xeyli iş görülüb. Ümid edirik ki, təhsilini təmayüllər üzrə siniflərdə başa vuran məzunlar yüksək göstəricilər əldə edəcəklər".

Bu il respublikanın müxtəlif ali məktəblərinə daxil olan tələbə adı qazanmış məzunlar sırasında bu məktəb-liseyin də yetirmələri kifayət qədərdir. Təhsilin Azərbaycan məktəblilərinə verdiyi imkanlardan kifayət qədər bəhrələnən yeniyetmələr istər Azərbaycanın daxilində, istərsə də, ondan kənarda belə öz təhsillərini davam etdirmək iqtidarındadırlar. Bu da müstəqil Azərbaycan dövlətinin gənclərə verdiyi ən böyük töhfələrdən biridir.

A.Orucova bildirdi ki, 2014/215-ci dərs ilində bu təhsil ocağını bitirən 108 nəfər məzunun 59 nəfəri ali məktəblərə daxil olub. Onların 12 nəfəri 500-dən yuxarı, 3 nəfəri 600-dən yuxarı bal toplayıb. Leyla Qədirli 695, Ülkər Kərimli 674, Şövkət Seyidova 655 bal toplayıb. Ölkə Prezidentini Sərəncamı ilə yüksək bal tolamış məktəbin məzunu olan Leyla Qədirli Prezident Təqaüdünə layiq görülüb.

Bilik Günündə çıxış edən valideyn Fərda Seyidova, məktəbin məzunu Ülkər Kərimli, eləcə də Binəqədi rayonunun fəal gəncləri məktəbliləri ilk olaraq Bilik Günü münasibətilə təbrik etdilər. Onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən söz açıb, göstərilən bu diqqətin müqabilində məktəblilərin yüksək biliklər əldə etməsini arzuladılar.

ZÜMRÜD

Digər xəbərlər