PDF Oxu

Sosial

  • 22

Gədəbəydə kartof yığımına başlanılıb

Gədəbəydə kartof yığımına başlanılıb

Respublikamızın əsas kartofçuluq bazası hesab edilən Gədəbəydə kütləvi surətdə məhsul yığımına başlanılıb.Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüstəm Nağıyev AZƏRTAC-a deyib ki, keçən il 12202 hektar sahədə kartof əkən fermerlər 142 min 763 ton məhsul əldə etmişdilər. Qazanılan uğurdan ruhlanan torpaq sahibləri bu il əkin sahələrini xeyli genişləndirərək 12300 hektara çatdırıblar. Lakin yayın quraq keçməsi məhsuldarlığa mənfi təsir göstərib. Buna baxmayaraq fermerlər nikbindirlər. Onlar builki məhsuldarlığın heç də keçən ildəkindən az olmayacağını proqnozlaşdırırlar. Hazırda kartof yığımı xüsusi texnikalar vasitəsilə aparılır ki, bu da məhsulun vaxtında və itkisiz toplanmasına imkan yaradır.

AZƏRTAC

Digər xəbərlər