PDF Oxu

Sosial

  • 37

106 saylı Tovuz –Qazax-Ağstafa seçki dairəsinin səkkiz seçki məntəqəsində veb-kamera qoyulacaq

106 saylı Tovuz –Qazax-Ağstafa seçki dairəsinin səkkiz seçki məntəqəsində veb-kamera qoyulacaq

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti seçkilərə hazırlıq işləri sürətləndirilib.Dairə seçki komissiyasının sədri Xəqanı Vəliyev AZƏRTAC-a bildirib ki, dairənin nəzdində 37 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 46 min 282 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazimi şərait yaradılıb.Məntəqələrdən səkkizində veb-kamera quraşdırılması nəzərdə tutulur ki, bu da seçki günü səsvermənin gedişini onlayn izləmək imkanı yaradacaq. Seçkilərin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminarlar və digər maarifləndirici tədbirlər təşkil olunur.

AZƏRTAC

sia.az

Digər xəbərlər