PDF Oxu

Sosial

  • 26

Lənkəranda keçirilən əmək yarmarkasında 269 vakant iş yeri təklif olunub

Lənkəranda keçirilən əmək yarmarkasında 269 vakant iş yeri təklif olunub

Lənkəran şəhərində ənənəvi əmək yarmarkası keçirilib.AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarmarkaya rayonun 15-i dövlət, 2-si qeyri-dövlət, 2–si isə xarici şirkət olmaqla, ümumilikdə 19 müəssisə tərəfindən 269 vakant iş yeri çıxarılıb.Əmək yarmarkasında iştirak edən 693 nəfər işaxtarandan 102 nəfərinə ixtisaslarına uyğun müvafiq iş yerlərinə göndəriş vərəqələri verilib, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

AZƏRTAC

Digər xəbərlər