PDF Oxu

Sosial

  • 54

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunub

Müqəddəs Qurban Bayramı Nəsimi rayonunda qeyd olunub

Dünya müsəlmanlarının sevinclə gözlədikləri və böyük təmtəraqla qeyd etdikləri müqəddəs Qurban Bayramı, hər il olduğu kimi, bu il də ölkəmizdə geniş şəkildə qeyd olunur. Bayram günlərində hər bir imkanlı müsəlman öz xeyirxah əməlləri ilə ehtiyacı olan insanlara yardımlar edir, onlara kəsdikləri qurbanlardan pay göndərirlər.

Nəsimi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibətilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Bu qəbildən keçirilən tədbirlərdən biri rayon icra hakimiyyətinin Qurban Bayramı münasibətilə təşkil olunmuş bayram tədbiri olmuşdur.

Rayon Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, "Qızıl Aypara", Korlar, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayon sakinləri, burada məskunlaşmış məcburi köçkün ailələrinin, həmçinin, tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunan mərasimə toplaşanları Nəsimi rayon icra hakimiyyəti başçısının birinci müavini Yavər Allahverdiyev çıxış edərək müqəddəs Qurban Bayramı münasibətilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə - ümumilikdə 2000-dən çox ailəyə qurban payları təqdim ediləcəkdir.

Tədbirdə çıxış edən ictimai birliklərin, veteran təşkilatlarının rəhbərləri, məcburi köçkünlərin nümayəndələri və digərləri bayram münasibətilə göstərilən yardımlara görə ölkə başçısı Cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər