Dövlət Sosial Müdafiə Fondunun sifarişi ilə Neftçalada fondun rayon şöbəsi üçün inzibati bina tikilir.AZƏRTAC xəbər verir ki, Heydər Əliyev prospektində inşa olunan binanın tikintisinə bu ilin əvvəlindən başlanılıb. İkimərtəbəli binanın ümumi sahəsi 370 kvadratmetrdir. İki dəhlizdən, 2 sanitar qovşaqdan, 7 iş otağından ibarət olan binada isitmə və havalandırma sistemi quraşdırılıb. Müasir arxitekturanın tələblərinə uyğun tikilən binada vətəndaşlara nümunəvi xidmət göstərmək üçün bütün lazımi şərait yaradılacaq.Binanın bu ilin sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
AZƏRTAC