YAP Qusar rayon təşkilatı tərəfindən rayonun Heydər Əliyev Mərkəzində 18 Oktyabr Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri görüş sözü ilə açan YAP Siyasi Şuranın üzvü, rayon təşkilatının sədri David İbramxəlilov 18 Oktyabr Müstəqillik Gününün müasir Azərbaycan tarixinin şanlı səhifəsi olduğunu bildirib. O, qeyd edib ki, 1993-cü ildə xalqın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev yenidən müstəqilliyini itirmək təhlükəsi qarşısında qalan Azərbaycanı sözün həqiqi mənasında xilas edib:"Heydər Əliyevin qayıdışilə dağılmaqda, məhv olmaqda olan Azərbaycanın yeni bir dövrü başlayıb. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatların, yürütdüyü siyasətin nəticəsində Azərbaycan bütün dünyaya tanınıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə cəbhədə atəşkəsə nail olunub, 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanılıb, ilk dəfə olaraq ölkənin konstitusiyası qəbul olunub, bütün sahələrdə islahatların keçirilməsinə şərait yaradılıb. Sevindirici haldır ki, Dahi Öndərin ideyaları bu gün Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır".
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev, Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova, rayon Mərkəzi Xəstəxanasının həkimi, ərazi ilk partiya təşkilatının sədr müavini Aybəniz Həsənova və YAP Qusar rayon təşkilatı gənclər birliyin idarə heyətinin üzvü Vadim Fərzəliyev müstəqil Azərbaycanın qazandığı uğurlarından söz açıblar. Heydər Əliyevin qayıdışilə Azərbaycanda görülən işlərdən və dövlətin dünyaya inteqrasiya olunmasındakı məqsədyönlü fəaliyyəti diqqətə çatdırılıb.
NƏZAKƏT