PDF Oxu

Sosial

  • 38

Gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir

Gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi diqqət mərkəzindədir

Gənclərin Vətən sevgisi onların gələcək həyat yolunu düzgün istiqamətləndirir. Vətəni sevmək heç də yalnız ələ silah alıb döyüşə atılmaq demək deyil, həm də vətənində əmin-amanlığın olmasına çalışmaqdır. Bununla yanaşı, hər birimiz milli dəyərlərimizə həmişə hörmətlə yanaşmalı, kimliyimizin təsdiqi olan adət-ənənələrimizə sadiqlik göstərməliyik.AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd tam orta məktəbində "Müasir gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi" mövzusunda keçirilən tədbirdə səsləndirilib. Şahbuz Rayon Multikulturalizm və Dini Məsələlər üzrə Komissiyasının iş planına əsasən keçirilən tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxışında bildirib ki, vətən borcu, vətən sevgisi hər kəsin ürəyində olmalıdır. Çünki babalarımızdan yadigar qalan torpaqlarımızı qorumaq üçün vətəni qəlbən sevmək lazımdır. Biz fəxr etməliyik ki, bu gün belə gözəl vətənimiz var. Ulu öndər Heydər Əliyev vətənpərvərlik hislərini yüksək qiymətləndirərək deyib: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir".Tədbirdə Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Tarverdi Qurbanov, rayonun Gənclər və İdman İdarəsinin rəisi Vüqar Muradov çıxış edərək deyiblər ki, vətən sevgisi əzəli və əbədi bir qəlb odudur, heç vaxt öz təravətini və gücünü itirmir. Elə buna görə də insan bu sevgiyə köklənəndə dünyanın bütün gücünü qollarında, Günəşin işığını isə qəlbində hiss edir. Vətəni sevmək, vətən naminə yaşamaq, ona xidmət etmək üçün hansısa seçilmiş bir sənət, peşə sahibi olmaq əsas deyil. Əsas odur ki, kimliyindən asılı olmayaraq, hər kəs vətən üçün yaşaya bilsin. Sözün həqiqi mənasında, vətənin daşına, qayasına vurğun olsun.Qeyd olunub ki, əsgər döyüş meydanlarında vuruşur, vətən qarşısında borcunu səngərdə yerinə yetirir. Fəhlənin, mühəndisin əməyi ilə məmləkətimiz abadlaşır. Alim əməyi isə vətən üçün Günəş işığı ilə müqayisə edilə bilər. Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlılığıdır. Vətən borcu vətəndaşlıq borcudur. Bu baxımdan ən şərəfli peşə sahibləri olan müəllimlərimizin üzərinə mühüm vəzifələr düşür. Təbii ki, şagirdlərin vətənpərvərlik tərbiyəsi bu vəzifələr sırasında ön sırada dayanır. Dövlətimiz də şagirdlərin vətənpərvərlik tərbiyəsinin düzgün formalaşdırılması və istiqamətləndirilməsi üçün məktəblərimizdə hərtərəfli şərait yaradır.Sonra şagirdlərin sualları cavablandırılıb.

AZƏRTAC

Digər xəbərlər