PDF Oxu

Sosial

  • 41

Nikaha daxil olmaq istəyən 65138 şəxs müayinə olunub

Nikaha daxil olmaq istəyən 65138 şəxs müayinə olunub

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələrilə bağli tələblər qüvvəyə mindiyi andan iyunun 1-dən noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfiziologiya İnstitutu tərəfindən 65138 şəxs müayinə olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, müayinələrin nəticələrinə görə 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə QİÇS xəstəlikləri aşkar olunub.

Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

İş prosesinin təşkili, əhalinin maarifləndirilməsi, eləcə də ictimaiyyəti qanunun icrasına dair məlumatlandırmaq məqsədilə paytaxt Bakıda və regionlarda jurnalistlər uçun görüşlər təşkil olunub. Bakı, Qusar, Mingəçevir və Cəlilabadda təşkil olunmuş turlarda, nikaha daxil olmaq istəyən cütlükdən müayinələr uçun toplanan qan nümunələri götürülmüş, ailə sağlamlığının müxtəlif məsələləri haqqında müzakirələr aparılmışdır.

Eyni zamanda, paytaxt və regionlardakı tibb müəssisələrinin və tibbi personalın prosesə tam hazırlığı məqsədilə müvafiq şərait yaradılmışdır.

NƏZAKƏT

Digər xəbərlər