PDF Oxu

Sosial

  • 74

Xarici dini missionerlərin Azərbaycanda fəaliyyəti mümkünsüzdür

Xarici dini missionerlərin Azərbaycanda fəaliyyəti mümkünsüzdür

Belə insanların siması xalqımıza çoxdan bəllidir

Azərbaycanda hökm sürən sabitlik bəzi dairələri ciddi narahat edir. Onlar yaranan əlverişli situasiyalarda bu nizamı pozmağa çalışırlar. Həmin maraqlı dairələr xaricdə oturaraq ölkə daxilində tabeliklərində olan adamları bütün vasitələrlə təmin edərək hakimiyyətə qarşı çıxmağa sövq edirlər. Əllərində oyuncaq kimi oynatdıqları bu insanlar dövlətin milli maraqlarını ağalarına satmaqdan belə çəkinmirlər. Daxildən topladıqları təhrif olunmuş materialları xarici dairələrə ötürməklə onların dəyirmanına su tökmüş olurlar. Belə insanların siması xalqımıza çoxdan bəllidir və cəmiyyətimiz onlara satqın və xəyanətkar kimi baxır.

Azərbaycan xalqı öz dövlətinin yanındadır

Ölkəmizdə din dövlətdən ayrıdır. Bu konstitutsiyamızın 18-ci maddəsi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda orada göstərilmişdir ki, hər bir vətəndaş qanuna zidd olmayan, insan şərəf və ləyaqətini alçaltmayan dini etiqada bağlı ola bilər. Azərbaycanda islam dini dövlət dinidir. Lakin son günlər din pərdəsi altında ölkədə qarşıdurmalar yaratmağa cəhd edən bəzi qüvvələr ortaya çıxmışdır. Onların iddialarına görə dövlətimiz vətəndaşların azad şəkildə öz inandığı dini cərəyana etiqad etməsinə mane olur. Təbii ki, bütün bu fikirlər absurddur. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan dövləti qanuna zidd dini cərəyanların ölkədə yayılmasının qarşısını alır. Niyə? Çünki ölkəmizin Suriyanın, Misirin, Liviyanın aqibəti ilə üzləşməsini istəmir. Bəli, nəinki dövlətimiz heç xalqımız da bunu istəməz. Ona görə də bu istiqamətdə atılan bütün önləyici addımlarda Azərbaycan xalqı öz dövlətinin yanında olmalıdır. Necə ki elədir.

Bütün bunlar isə Azərbaycanın uğurlarını gözü götürməyən Qərbin bəzi dairələrinin qara oyunlarının bir hissəsidir

Hazırda dünya öz həssas dövrlərindən birini yaşayır. Qlobal böhranın hökm sürdüyü bir vaxtda onun təsirlərindən dövlətimiz də tamamilə kənar qala bilməz. Azərbaycan əhalisinin həyat şəraitinə müəyyən dərəcədə mənfi təsir göstərən böhranı və həm də əlverişli imkan kimi qiymətləndirən bəzi qüvvələr bundan öz qara niyyətləri üçün istifadə etməyə çalışırlar. Təəssüflər olsun ki, xalqımızın ən zəif və həssas tərəfi olan dini də buna alət edirlər. Müəyyən şirnikləndirici vədlər verərək iradə və əqidəcə zəif insanları öz tərəflərinə çəkərək onlardan ölkə hakimiyyətinə qarşı yararlanmağa cəhd göstərirlər. Bütün bunlar isə Azərbaycanın uğurlarını gözü götürməyən Qərbin bəzi dairələrinin qara oyunlarının bir hissəsidir.

Anlayanda isə qanuna zidd mövqelərinə görə cəzalarını alacaqlar

Dövlət rəhbərliyinin uğurlu siyasətinin nəticəsidir ki, ölkəmiz dünyada baş verən dağıdıcı hadisələrdən kənarda qalmağı bacarır. Hökm sürən sabitliyi daxildən pozmağa çalışan, dövlətə paralel dövlət qurmağa cəhd edən qrupların ifşa edilməsi ən yüksək səviyyədə sarsılmaz iradənin göstəricisidir. Bu cəhətdən hazırda baş qaldırmağa cəhd edən xarici dini missionerlərin Azərbaycanda fəaliyyəti mümkünsüzdür. Onlar artıq anlayırlar ki, nə ölkə hakimiyyəti, nə də onun xalqı belə həmlələrə təslim olmayacaq. Çünki sarsılmaz xalq-lider birliyi mövcuddur. Bu funksionerlərin tələsinə düşən insanlar isə tez-gec səhvlərini başa düşəcəklər. Anlayanda isə qanuna zidd mövqelərinə görə cəzalarını alacaqlar.

Tofiq Rəfailoğlu

Digər xəbərlər