(Yeni Azərbaycan Partiyasının yaranması günü münasibətilə)
Bu gün ad günündür əziz, müqəddəs,
Ömürlər yaşandı ötən hər ildə.
Daşdı qəlbimizdə doğulan həvəs,
Güldü fərəhindən ürək, könül də.
"Yeni Azərbaycan" - müqəddəs ocaq!
Əziz məbədisən min-min insanın.
Yeni Azərbaycan bir nur saçacaq,
Şəfəqlə bürüyər bütün dünyanı.
"Yeni Azərbaycan" - ən ali qurum,
Xalqımı sabaha aparan qatar.
Yeni Azərbaycan saçdıqca nurun,
O bir rövnəq verər bu kainata.
Təbiət sevinər çatmışkan kama,
Dönər laləzara o, başdan-başa.
Qələbə çaldıqca cahanda kamal,
Sülh bərqərar olar, xalqlar şən yaşar.
Qönçələr doğular, gül fərəh tapar,
İldırım Fərhadtək buludu çapar.
Torpağın sevinci, şad günü başlar,
Bərəkət gətirər yağan yağışlar.
Bahar libasını geyinər çöllər,
Gəlin tək bəzənər ana təbiət.
Şadlıqdan, şənlikdən sevinər ellər,
Təbiətlə bəşər tapar ünsiyyət.
Verər bəhrəsini çəkdiyi zəhmət,
Yetər arzusuna o Böyük Öndər.
Geyər toy libasın bu xalq, bu millət,
Yoluna nur saçar müqəddəs Heydər!
Ceyhana yollanar neftimiz bol-bol,
Açılar ürəkdən-ürəklərə yol.
Sevinc çələnginə bürünər aləm,
Gedər yer üzündən kədər və ələm...
Yaşıl budaq simvolu, gənclik, həvəs deməkdir,
Gənclik bahar rəmzidir, yeni nəfəs deməkdir.
Sıralarında gənclər düzülüb alay-alay,
Partiyam gənclik üçün bir məbədgah, bir saray.
Gəncliyə meydan verib, gələcəyə səsləyir,
Gələcək sizinkidir, ey gənclik, tələs deyir.
Əzminiz, vüqarınız çoxalıb, artsın canda,
Sizinlə fəxr eyləsin bu yurd - Azərbaycan da!
Nura bürünsün vətən, hər yan olsun çilçıraq,
Kəhkəşanı bəzəsin bizim üçrəngli bayraq!
İndi kosmos əsridir, sizinkidir gələcək,
Qalib o kəs sayılar - kim ki, tez yüksələcək.
Millət övladıyda ucalar müdam,
Millətini sevər qeyrətli adam.
Gənclik kamilliyə yetdiyi zaman,
Yetər ucalığa millət də hər an.
Sülhdür səadətə aparan ilk yol,
Onunçün ilk öncə sülhə nail ol.
Sülhü yaratmalı yurdda, cahanda,
Onda xoşbəxt olar yurd da, cahan da!
Sülh varsa ömürlər bitməz savaşda,
Yetər səadətə torpaq da, daş da.
Sülh qalib gələndə gülər yurd, cahan,
Şadlıq libasını geyər hər insan.
Millət bir olanda günəş də gülər,
Sevinc şəfəqini səpər üzlərə.
Milli birlik varsa vətən yüksələr,
Millət də yetişər xoş gündüzlərə.
Millət sevgisidir ən ali ənam,
Ona yetənlərin ömrü nurlanar.
Böyük xoşbəxtlikdir hər bir insana,
Millətin yolunda günəş tək yanar.
İnsan zəkasının məhsuludur, bil,
Hansı yüksəlişə kim olsa nail.
Ağıldan güc alar ən kamil əməl,
Saray da uçulmaz möhkəmsə təməl.
İnsan - ucalığın simvolu, rəmzi,
Onunla kainat özü fəxr edir.
Qəlbində olarkən sevgi dənizi,
İnsan kainatın özün fəth edir.
Uçur kəhkəşanda kosmik peykimiz,
Durur xidmətində xalqın, millətin.
Bəzəyir səmanı "Azərspeysimiz",
Yetər imdadına bəşəriyyətin...
Şərəflə ömr etsə əgər bir millət,
O, şərəfli övlad yetirər əlbət.
Şərəfə meyl etsə əgər körpələr,
Onlar böyüdükcə vətən dirçələr.
"Yeni Azərbaycan" alıb ilhamı,
Günəş tək nur saçır bu kainata.
Yeni Azərbaycan seçib İlhamı,
Yetirib zamanın özünə ata!
İnsanlar can deyib eşitdikcə can,
Görər zəhmətinin bəhrəsin Öndər.
Geyər toy libasın yurd - Azərbaycan,
Gülər fərəhindən müqəddəs Heydər!
Aydın İsmayılov,
Təqaüdçü-mühəndis