Gənc bəstəkar Sevinc Ağasıyeva yaradıcılıq həyatı və atası Məmməd Ağasıyevin onun şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb. O qeyd edib ki, atası daima yaradıcılıq işlərində ona dayaq olub, dəyərli məsləhətlər verib: "Men atamın davamçısıyam. Bəlkədə onun həyata keçirə bilmədiklərini həyata keçirmək istəyirəm. Atam mənim ilk müəllimimdir. O mənə Nizaminin , Füzulinin qəzəllərini necə ahənglə oxumağı öyrədib. Pianoda həmişə onu müşayiət edirdim. Mən həmişə onun istedadina valeh qalmışam. Hansı işi bilmir ki?. Rəsm çəkməyi, tarda özünə məxsus mizrabı, muğamdan muğama peşəkarcasına modulyaciyalar etdiyini, musiqi bəstələməyini, qəzəllər, şeirlər yazmağını, filosofluğunu, tarixçi olduğunu, geometriyanı möhtəşəm bildiyini desem belə, bəlkə də nə isə unutmuş olaram. Amma atam heç vaxt şöhrət dalınca getməyib. Təvözokar oldu. Övladlarına insan olmağı öyrətdi. Atam həmişə, "Ağac bar gətirərək başını aşağı əyər" deyir. Mən bu prinsiplərlə böyümüşəm.".
Gənc bəstəkar eyni zamanda qeyd edib ki, "Nur Çələngi" kompoziyası barədə də atasından məsləhətlər alıb: "Bacıma həsr etdiyim "Nur Çələngi" kompozisiyasının adını da atam qoydu. Bəli, atam mənim üçün canlı akademiyadir. Mən atamla necə fəxr edirəmsə, onun da mənimlə fəxr etdiyini görürəm!. Bu, ən böyük xoşbəxtlikdir!"