PDF Oxu

Sosial

  • 24

Şəmkirdə Beynəlxalq Əlilər Günü münasibəti ilə tədbir keçirilib

Şəmkirdə Beynəlxalq Əlilər Günü münasibəti ilə tədbir keçirilib

Dünən Beynəlxalq Əlillər Günü münasibətilə Şəmkir rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən "Ceyhun" şadlıq sarayında geniş tədbir keçirilib. Tədbirdə Şəmkir rayon Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş şəxslər iştirak edirdilər. Tədbiri Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov açaraq 3 Dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunmasının tarixindən danışıb: "İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir".

A.Məmmədov çıxışında bildirib ki, əlillərin sosial müdafiəsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: "İnsan amilini xüsusi diqqətdə saxlayan görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi ildən-ilə gücləndirilib, onların cəmiyyətə inteqrasiyasına xidmət edən tədbirlər görülüb. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb".

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, Ulu Öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, bu yolda fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşıb, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görüb: "Ulu Öndər Heydər Əliyev öz qayğısı ilə 1941-45-ci illər müharibəsi veteranlarına da sanki ikinci həyat bəxş etmişdi.Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Əlillərin pensiyaları, onlara edilən maddi yardımlar ildən-ilə artır. Prezident İlham Əliyevinin xüsusi tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində böyük işlər görülüb və görülməkdədir".

Tədbirdə çıxış edən Şəmkir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Azad Şərifov ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini bildirib: "Bu barədə bir sıra dövlət əhəmiyyətli proqramlar həyata keçirilmişdir. Əlillər mənzil, maşın, əlil arabaları ilə təmin olunur, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçirlər".

Şəmkir rayon əlilləri adından çıxış edən Qarabağ müharibəsi əlili Vasif Əsgərov əlillərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlığıni bildirib.

Tədbir əyləncəli proqramla davam etdirilib. Sonda isə rayon icra hakimiyyəti tərəfindən tədbir iştirakçılarına pul mükafatları və hədiyyələr təqdim olunub.

Rəfiqə Kamalqızı

Digər xəbərlər