Şad ol, Vətən oğlu, necə gör vətənimiz var,
Bir Azərbaycan deyilən Cənnətimiz var.
İlhamla açıldı sabahı doğma diyarın,
Hər ölkədə, hər yerdə gözəl söhbətimiz var.
Yox bənzəri bu ölkəmizin dəhri-zamanda,
Nefti, taxılı, pambığı, çox sərvətimiz var.
Elmi-ədəbi-əxlaqi, saf dininə bağlı,
Üç rəngli olan bayrağımız, şövkətimiz var.
Tarix boyu açmışdı qucaq kim əl uzatsa,
Fəxr eylədi Öndər ki, belə millətimiz var.
Sadiq edəcək vəsfini eldən, elə gəzsin,
Çünki Vətəni sevməyənə nifrətimiz var.
Məşədi Tale (Sadiq)
Nardaran sakini
NAXÇIVAN
Ey əzizim, guş elə, bir özgə haldır, Naxçıvan,
Dünya olsa ta zimistan, nobahardır, Naxçıvan.
Dahilər vermiş gözəl yurda, ki, misli yox, yəqin,
Ol həyalı, bir Anna, sevdalı yardır, Naxçıvan.
Çün Quranda həqqidən olmuş əta "Kəf" surəsi,
Kim nicat axtarsa, gəl, məsum diyardır, Naxçıvan.
Vardır ismət qız-gəlində, mərd igidlər məskəni,
Dünyanı hər kim gəzə, dildə şüardır, Naxçıvan.
Hər daşı, pak torpağı Sadiqə əzizdir ölkənin,
Mil-Muğan, Şirvan-Bakıyla, bəxtiyardır, Naxçıvan.
Məşədi Tale (Sadiq)
Nardaran sakini