PDF Oxu

Sosial

  • 13

Avropa Parlamentinin üzvlərinə müraciət ünvanlanıb

Avropa Parlamentinin üzvlərinə müraciət ünvanlanıb

Avropa Azərbaycanlıları Konqresi (AAK) 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Konqres dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırıb.

Müraciətdə qeyd edilir ki, bu gün Avropanın minlərlə qaçqının taleyi ilə məşğul olmasına, evlərini itirmiş insanlara yardım haqqında müzakirələrin aparılması AAK tərəfindən müsbət dəyərləndirilsə də, azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyətinə laqeyd yanaşmasını yolverilməz hesab edir. Həmçinin, vurğulanır ki, qaçqınların sayının artması Avropa ölkələrini sözün əsl mənasında, qorxu və təlaşa salır, lakin Azərbaycan artıq 20 ildən çoxdur bu problemlə üzləşib.

Müraciətdə Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağın erməni işğalından azad edilməsi və bu torpaqlardan köçkün düşən insanların doğma torpaqlarına qaytarılması tələb edilir.

Qeyd edək ki, BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u İnsan Hüquqları Günü kimi qeyd edilir.

NƏZAKƏT

Digər xəbərlər