PDF Oxu

Sosial

  • 16

YAP rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Ulu Öndərin məzarını ziyarət ediblər. Ziyarətdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü Əli Həsənov, Baş nazirin müavini Əli Həsənov, Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Bakı şəhər İcra Hakimiyyətini başçısı, YAP İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, YAP Siyasi Şurasının üzvləri, millət vəkilləri və gənclər iştirak ediblər.

YAP rəsmiləri anma günü ilə bağlı müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı, Dahi Liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üstünə tər güllər düzülüb.

İntizarə Məmmədova

Digər xəbərlər