Sarkisyanın şəkilləri tapdalanıb - yandırıldı
Ermənistanda qeyri-döyüş şəraitində həlak olmuş əsgərlərin valideynləri yenidən prezident iqamətgahının qarşısında aksiya keçiriblər. "SƏS" qəzetinin "Epress" saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları prezident Serj Sarkisyanın şəkillərini yerə ataraq tapdalayıb və yandırıblar. Aksiya iştirakçılarının prezident iqamətgahının nümayəndələri ilə görüş cəhdi nəticəsiz qalıb. Aksiyada iştirak edən əsgər anaları bildiriblər ki, prezident sarayının qarşısında ötən ay keçirilən aksiya zamanı prezident S.Sarkisyan cinayət işlərinin araşdırılmasının ədalətli aparılacağına və cinayətkarların cəzalandırılacağına söz verdi: "Lakin bu vaxtadək sözünü yerinə yetirməyi. Prezidentin iqamətgahından çıxan Yerevanın baş keşişi Baqrat Srbazanın əsgər anaları ilə görüşərək onları sakitləşdirməyə çalışması da nəticəsiz qalıb. "Siz kimin üçün dua edirsiniz? Eybəcər prezident üçünmü?" deyən əsgər anaları bu məsələdə kilsənin onlara dəstək verməməsindən şikayətləniblər.
Ermənistanda "Hərbi mükəlləfiyyət haqda" qanun pozulur
Bu haqda Ermənistan KİV-in məlumatına görə, Ermənistan ordusunun əsgərləri erməni separtçılarının işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə hərbi xidmətə göndərilir. Belələrindən biri də Yerevan sakini, ailənin tək oğlu Robert Mkrtçyan olub. O, Azərbaycanın işğal altında olan torpaqlarında hərbi xidmətdə olarkən Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilib. Xəbərə görə, Ermənistanın uyğun qanununa əsasən, ailənin tək övladı yaşadığı əraziyə yaxın bölgədə hərbi xidmət keçməlidir. Məlumatda bildirilib ki, atası olmayan və kasıb yaşayan ailənin tək oğlu haqda qanunun uyğun maddəsi pozulub. Ermənistan sakinləri, o cümlədən Robert Mkrtçyanın ailəsi övladlarının Dağlıq Qarabağa hərbi xidmətə göndərilməsinə etiraz edirlər. Başqa sözlə, Ermənistan hakimiyyəti kasıb, imkansız ailələrin övladlarını işğal altına saxladığı Azərbaycan torpaqlarında hərbi xidmət keçməyə göndərir və onları "Dağlıq Qarabağ ordusu" adı altında dünyaya sırımağa çalışır.
Azərbaycan torpaqlarında zərərsizləşdirilmiş Ermənistan ordusunun əsgərinin dəfn mərasimində ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə idarəsinin başçısı general-mayor Vardan Avetisyan da iştirak edib. Amma o, məsələ ilə bağlı sualı cavablandırmaqdan yayınıb. V.Avetisyan deyib ki, hərbi komissarlığa müraciət etmək lazımdır.
Xatırladaq ki, Ermənistan vətəndaşlarının işğal altında olan Azərbaycan torpaqlarına "hərbi xidmət" adı altında göndərilməsi cinayət olmaqla yanaşı, həm də beynəlxalq hüququn tapdanmasıdır.
Əsgər analarının Sarqsyandan tələbi nədir?
Keçirilən mitinq zamanı əsgər anaları müəmmalı şəkildə həlak olan övladlarının ölüm səbəbini öyrənmək üçün prezident Serj Sarqsyanla görüşməyi tələb edirlər. Əks təqdirdə, özlərini onun malikanəsinin qarşısında yandıracaqları ilə hədələyirlər.
Ermənistanın müdafiə naziri Seyran Ohanyan isə bir əsgərin ölümünü, sadəcə taleyin qisməti adlandırır. Valideynlər etirazı genişləndirməyə can atır. Cəbhə bölgəsində yaşayan əsgər analarının da ayağa qalxmasını tələb edirlər. Onların da övladları öldürülür. Dəfələrlə zorakılıq faktları aşkarlanıb. Sənəddə isə əsgərlərin cəbhədə atışma zamanı həlak olduğu yazılır. Dövlət başçısının isə valideynlərlə ünsiyyətinə vasitəçi dəyənəkli polislərdir. Müxalif "İrs" partiyasının sədri Raffi Ovanisyan isə tərəfdarlarını meydanı tərk etməməyə səsləyib. Ovanisyanın müraciətindən sonra etirazçılar küçələrə təkrar axın ediblər. Polis dərhal vəziyyəti nəzarətə götürüb. Bu dəfə də qarşıdurma yaşanıb.
Erməni analar bildiriblər ki, Ermənistan hərbi prokurorluğu bilərəkdən əsgər ölümləri faktını gizlədir. Erməni analar bəyan ediblər ki, hərbi prokurorluq tərəfindən əsgərlər Torqom Saruxanyan, Tiqran Ambarsmyan, Zorik Markaryan, Aqasi Abramyan, Albert Adibekyan, Edvard Alaverdyan, Tiqran Varyanın həlak olması faktı gizlədilib. Əsgər anaları bəyanatlarında bildiriblər: "Biz öldürülmüş əsgərlərin anaları hesab edirik ki, bu, öldürülmüş əsgərlərin valideynləri üçün təhqirdir".
Ekspertlər hesab edir ki, əsgərlər işğal edilmiş Azərbaycan ərazilərində həlak olduğundan onların ölüm faktı açıqlanmır.
"SƏS"in erməni mətbuatına istinadən verdiyi məlumata görə, erməni analar bildiriblər ki, Ermənistan hərbi prokurorluğu bilərəkdən əsgər ölümləri faktını gizlədir. Erməni analar bəyan ediblər ki, hərbi prokurorluq tərəfindən əsgərlər Torqom Saruxanyan, Tiqran Ambarsmyan, Zorik Markaryan, Aqasi Abramyan, Albert Adibekyan, Edvard Alaverdyan, Tiqran Varyanın həlak olması faktı gizlədilib.
Əsgər anaları bəyanatlarında bildiriblər: "Biz öldürülmüş əsgərlərin anaları hesab edirik ki, bu, öldürülmüş əsgərlərin valideynləri üçün təhqirdir". Ekspertlər hesab edir ki, əsgərlər işğal edilmiş Azərbaycan ərazilərində həlak olduğundan, onların ölüm faktı açıqlanmır.
A.SƏMƏDOVA