PDF Oxu

Sosial

  • 23

Azərbaycan gəncliyi torpaqların düşmən tapdağında qalmasına imkan verməyəcək

Azərbaycan gəncliyi torpaqların düşmən tapdağında qalmasına imkan verməyəcək

Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli rəhbərlik etdiyi təşkilatın 2015-ci il ərzində gənclərin hərbi sahədə maarifləndirilməsi, hərbi xidmətə hazırlığı, əsgərlərin mənəvi-psixoloji hazırılığının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və digər işlərlə bağlı həyata keçirdikləri layihələr barəsində hesabat xarakterli fikirlərini bildirib.

E.Həsənli qeyd edib ki, 2015-ci il Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi üçün olduqca uğurlu keçib: "Həmişə olduğu kimi, bu il də biz cəbhə bölgəsinə mütəmadi səfərlər təşkil edib oradakı hərbi hissələrdə əsgərlərlə görüşlər keçirmişik. Səfərlərdə millət vəkilləri, kütləvi informsiya vasitələri və qeyri-hökumət təşkilatlarının rəhbərləri də yaxından iştirak edib. Bizim əsas məqsədimiz hərbi hissələrdə ictimai nəzarəti həyata keçirmək, əsgərlərin mənəvi-psixoloji hazırlığını artırmaq və gəncləri hərbi sahədə malumatlandıraraq onları xidmətə hazırlamaqdan ibarətdir. Bu məqsədlə biz Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq edirik. 13 fevral 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Cənab İlham Əliyevin Sərəncamı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa zaman kəsiyində xeyli dərəcədə əhəmiyyətli işlər görmüşdür. SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bölgələrdə vətəndaşları qəbul edərək şikayətləri, problemləri operativ şəkildə həll edir. SHXÇDX artıq bir sıra sahələr üzrə vətəndaşlara elektron xidmət göstərilməsini tətbiq edir. Səfərbərlik işinin təşkili, çağırışçıların hərbi hissələrə yola salınma, hərbi xidmətdən tərxis olunanların qarşılanma mərasimlərinin yüksək səviyyədə təşkil edilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir.

Ermənistanın işağlçı siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının bugündək düşmən tapdağı altında olduğunu xatırladan E.Həsənli bildirib ki, torpaqlarımız geri qaytarılmayana kimi müharibəni bitmiş saymaq olmaz: "Əfsuslar olsun ki, müharibə şəraitində itkilər qaçılmazdır. Müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığı var ki, bizim bir şəhidimizə görə, Ermənistan ən azı on itki verməlidir. Qeyd etmək lazımdır ki, Zakir Həsənovun müdafə naziri təyin olunmasından sonra Vətənə xidmət borcunu yerinə yetirərəkən şəhid olan övladlarımızın dəfn mərasimlərinə böyük diqqət yetirilir. Biz şəhdlərimizin son mənzilə yola salınması, hüzr mərasimlərində də iştirak edirik. Bizim mənəvi borcumuzdur ki, digər QHT-ləri də bu işlərə cəlb edək. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusu kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hazırdır. İl ərzində keçirilən irimiqyaslı təlimlər bunu sübut edir.

E.Həsənli onu da qeyd edib ki, hazırda ölkədə gənclər arasında hərbi xidmətə hazırlıq, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir: "Hər il aparılan məqsədyönlü iş onu deməyə əsas verir ki, artıq Azərbaycan gənclərinin hərbi xidmətə yola salınma mərasimi bayram əhval-rühiyyəsi ilə keçir. Bu gənclik torpaqların düşmən tapdağında qalmasına imkan verməyəcək".

Ceyhun ABASOV

Digər xəbərlər