Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Bakıda atəşfəşanlıq olacaq. Bu barədə SİA-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.Məlumatda deyilir: "Bakı Şəhər İcra Hakimiyyəti Sizi, qarşıda gələn Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir və bu münasibətlə təşkil olunacaq möhtəşəm atəşfəşanlığı seyr etmək üçün 31 dekabr 2015-ci il saat 24.00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.Bayramınız mübarək olsun !".
sia.az