PDF Oxu

Sosial

  • 16

Ailələrə sevinc bəxş edən Əfv Sərəncamı

Ailələrə sevinc bəxş edən Əfv Sərəncamı

Məlum olduğu kimi, Prezident İlham Əliyevin humanist addımlarından daha biri - növbəti Əfv Sərəncamı icra olunmaqdadır. Dövlət başçımızın məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan Hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzaladığı növbəti sərəncamla müxtəlif illərdə törətdikləri əməllərinə görə ədalət məhkəməsi tərəfindən cəzalandırılmış 210 məhbus cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hüquq ekspertlərinin, QHT təmsilçilərinin və ölkə ictimaiyyəti Prezident İlham Əliyevin bu addımını Ulu Öndər Heydər Əliyevin siyasi kursunun mühüm tərkib hissələrindən olan vətəndaş və insan hüquq və azadlıqlarının qorunması məsələsinə sədaqət kimi qiymətləndirir.

Millət vəkili Çingiz Qənizadə: "Bu bir daha Prezident İlham Əliyevin nə qədər hümanist olduğunu göstərir"

- Əfv Fərmanının imzalanması hümanist bir aktdır, hümanist addımdır və Prezident İlham Əliyevə verilmiş konstitutsyon hüquqdur. Yəni Prezident istəsə bu hüquqdan ildə bir necə dəfə istifadə edə bilər, istəsə də beş ildən bir istifadə edə bilər. Prezident İlham Əliyevin ildə bir necə dəfə Əfv Fərmanı imzalanması təbii ki, hümanist bir aktdır. Bu, bir daha Prezident İlham Əliyevin nə qədər hümanist olduğunu göstərir. Budəfəki, Əfv Fərmanı ilə 210 nəfərə sevinc bəxş edilib. Eyni zamanda onların hər bir ailə üzvlərinə, yaxınlarına və minlərlə insana sevinc bəxş etmək deməkdir. Bu baxımdan, bu gün Əfv Fərmanı ilə azadlığa buraxılan 210 nəfərin ətrafında 10 minlərlə insan sevinclə Yeni İl hədiyyəsi alıb. Bu baxımdan, Prezident İlham Əliyevə öz təşəkkürümi bildirirəm.

Politoloq Elçin Mirzəbəyli: "Prezident İlham Əliyev dəfələrlə Əfv Fərmanları imzalayıb, bununla da çoxlu sayda insan cəzalarının çəkilməmiş hissəsindən azad olunub, öz ailələrinə qovuşub"

- Azərbaycan dövləti hər zaman öz vətəndaşlarına qarşı hümanist mövqe nümayiş etdirib. Bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Əfv Fərmanları imzalayıb, bununla da çoxlu sayda insan cəzalarının çəkilməmiş hissəsindən azad olunub, öz ailələrinə qovuşub. Bütün bu Sərəncamların həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində baş verməsi, Novuz bayramı öncəsi və digər bayramlarda baş verməsi Azərbaycan dövlətinin milli mənəvi dəyərlərmizə yanaşmanın göstəricisi kimi dəyərləndirilir. Bu, həm də Azərbaycanın ailə modelinə verilən bir üstünlükdür. Düzdür, insanlar səhvə yol verərək günah işlədə bilərlər, təbii ki, onlar buna görə öz cəzalarını alırlar. Böyüklük isə ondan ibarətdir ki, onların cəzalarının müəyyən bir hissəsi bağışlanılır. Bu baxımdan, Azərbaycan dövlətinin bu istiqamətdə bu günə qədər atdığı addım bir çox ölkələrə nümunə ola bilər.

GÜLYANƏ

Digər xəbərlər