Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Qırğızıstan prezidenti yanında Dövlət Dili Komissiyasının fəxri fərmanı ilə təltif olunacaq. Bu barədə "OLAYLAR"a məlumat verən Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, təltifetmə yazıçının müəllifi olduğu "Əmir Teymur" kitabının bu ölkədə təqdimat mərasimi zamanı baş tutacaq. Nüsrət Məmmədov bildirib ki, Prezident rezidensiyasında baş tutacaq təqdimatda bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirləri, Qırğızıstanın dövlət nümayəndələri iştirak edəcək: "Təqdimat mərasimində 10-a yaxın nazir, Qırğızıstan Respublikası Joqorku Keneşin (Parlamentin) spikeri və deputatlarının iştirakı gözlənilir".
Qeyd edək ki, Yunus Oğuzun müəllifi olduğu "Əmir Teymur-dünyanın hakimi" və "Əmir Teymur-zirvəyə doğru" tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə qırğız dilinə tərcümə edilib.