Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub.Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayonda 1180,6 hektar meyvə bağları və 11,1 hektar üzümlük var. Son bir ildə rayon ərazisində 7 hektar yeni meyvə bağları və 2,8 hektar giləmeyvəlik salınıb, 1 milyon 505 min 872 ədəd meyvə və 141 min 344 ədəd dekorativ bitki tingləri yetişdirilib.Ötən il bağlardan 8671,1 ton meyvə və 889 ton üzüm yığılıb. Əvvəlki ilə nisbətən meyvə istehsalı 7,4 faiz, üzüm istehsalı 5,6 faiz artıb.
AZƏRTAC