PDF Oxu

Sosial

  • 23

Qusarda 20 Yanvar şəhidləri anıldı

Qusarda 20 Yanvar şəhidləri anıldı

Dünən YAP Qusar rayon təşkilatının gənclər birliyi və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Öncə mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözu ilə açan rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP rayon təşkilatının qadınlar şurasının sədr müavini Neva Abdurahmanova çıxış edərək, mərasim iştirakçılarına 20 yanvar hadisələri haqqında ətraflı məlumat verib. Həmin illərdə baş verən olayları diqqətə çəkən N. Abdurahmanova Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni vurğulayaraq qeyd edib ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu, əzmini qıra bilmədi. Xalqın qan yaddaşına yazılan bu tarixin müasirlərimizdən çoxunun şahidləri olduğunu bildirdi:"Bu qanlı hadisədən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd olunsa da, xalqımız şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və millət şəhidləri ilə ucalır".

Tədbirdə iştirak edən şəhər 5 saylı orta məktəbin müəllimi Gülçin Muradova, YAP rayon təşkilatının fəal gəncləri Nahid Hacıyev və Könül Bəyova, Dağlıq Qarabağ müharibəsi iştirakçısı Vəfadar Babaverdiyev çıxış edərək, milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulayıblar.

Sonra məktəblilərin iştirakı ilə əbədi-bədii kompozisiya səsləndirilib.

Tədbirin sonunda 20 yanvar hadisələrini əks etdirən xronoloji film nümayiş olunub.

NƏZAKƏT

Digər xəbərlər