PDF Oxu

Sosial

  • 17

YAP Masallı rayon təşkilatı aparatında 2015-ci ilin yekunlarına dair tədbir keçirilib

YAP Masallı rayon təşkilatı aparatında 2015-ci ilin yekunlarına dair tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı aparatında 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, rayon təşkilatının gənclər birliyi, qadınlar şurası və partiya fəalları iştirak edib.

Yığıncağı YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu ilini başa vurdu: "Qazanılan bütün müvəffəqiyyətlərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində YAP özünün dünənin, bu günün və sabahın partiyası olduğunu bir daha sübut etdi".

Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən S.Əliyev vurğulayıb ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: "YAP-ın 24 illik tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib".

S.Əliyev YAP Masallı rayon təşkilatı 10277 partiya üzvünü özündə birləşdirdiyiyni vurğulayaraq bildirib ki, onlardan 2929 nəfəri qadınlar, 2788 nəfərini gənclər təşkil edir: "Ötən ildə 527 nəfər partiyanın sıralarına qəbul olunub ki, onlardan 178 nəfərini qadınlar, 346 nəfərini gənclər təşkil edir. Ümumi tərkibdə partiya üzvlərinin 3334 nəfər ali təhsilli, 2041 nəfər orta ixtisas təhsillidir. Ötən il ərzində YAP Masallı rayon təşkilatı özündə birləşdirdiyi ərazi ilk partiya təşkilatlarının sırasına 4 saylı bağça, Masallı Olimpiya İdman Kompleksi, Masallı Regional Dövlət Kolleci, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ərazi ilk partiya təşkilatlarını əlavə edilibdir. 13 yanvar 2016-cı il tarixdə Qızılağac bağça ərazi ilk partiya təşkilatı təsis edilərək ilk təşkilatların sayını 100-ə çatdırıbdır".

Sonda rayon təşkilatının sədri 2016-cı ildə təşkilatın qarşısında duran əsas vəzifələri də açıqlayıb.

Sonra YAP Masallı rayon təşkilatı gənclər birliyinin 2015-ci ildə gördüyü işlərlə bağlı məruzəsi dinlənilmişdir. Rayon təşkilatı gənclər birliyinin sədr müavini Cəlal Əliyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirərək qeyd edib: "Bu diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək, cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Ölkə Prezidenti, partiyamızın Sədri Cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərimiz ildən-ilə artmaqdadır. Təkcə xaricdə təhsil alan gənclər deyil, ölkə daxilində təhsil alan gənclərdə dövlətin qayğısından yetərincə yararlanırlar. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Möhtərəm Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar".

C.Əliyev YAP Masallı rayon təşkilatının gənclər birliyində 2788 partiya üzvü olduğunu bildirib. Ötən ildə partiya sıralarına qəbul edilənlərin 65,7 %-i, yəni 346 nəfərini gənclər təşkil edib ki, bunların da 116 nəfəri gənc qadınlardır.

YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədr müavini Əntiqə Tağıyeva qadınlar şurasının 2015-ci ildə gördüyü işlərlə bağlı məruzə edərək qeyd edərək vurğulayıb ki, Ulu Öndər Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verirdi: "Bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Bu gün YAP Masallı rayon təşkilatı özündə 2929 qadını birləşdirir. Bunlardan 715 nəfəri ali, 854 nəfəri orta ixtisas, 1360 nəfər isə orta təhsillidirlər. 2015-cü il ərzində YAP sıralarına 180 nəfər qadın qəbul edilmiş, onların 36-si ali təhsilli, 41-i orta ixtisas, 103 nəfər isə orta təhsillidirlər. Partiya sıralarına daxil olan 180 nəfər qadınların 61-ni gənc qadınlar təşkil etmişdir".

Tədbirdə Banbaşı ərazi ilk partiya təşkilatının sədri Hörmət Balakişiyev, Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, rayon təşkilatı gənclər birliyinin sədr müavini Kəmalə Bəşirova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən və Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs ediblər.

Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilibdir.

R.KAMALQIZI

Digər xəbərlər