PDF Oxu

Sosial

  • 26

Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə edibdir

Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2015-ci ilin yekunlarını müzakirə edibdir

Ölkə rəhbərliyi tərəfindən Bakı şəhəri və onun qəsəbələrinə olan diqqət və qayğının artması nəticəsində Nəsimi rayonunda bir sıra işlər həyata keçirilibdir. Ötən il görülən işlərə yekun vurulması, onların təhlili və qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları Nəsimi rayon icra hakimiyyəti başçısının 3 saylı sahə inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin Nəsimi rayon rəhbərliyi, rayonun təsərrüfat xidmətləri rəhbərləri, rayon ictimaiyyətinin iştirakı ilə "Holiday Inn" otelində keçirilən, 2015-ci ilin yekunlarına həsr olunan yığıncağında müzakirə olunub, növbəti il üçün konkret tədbirlər müəyyənləşdirildir.

Hesabat məruzəsi ilə çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İsgəndər Səfərov bildirib ki, hesabat dövründə S.Əsgərova, Ş.Əzizbəyov, Azadlıq prospekti, Füzuli, B.Səfəroğlu, Mərdanov qardaşları, Ə.Topçubaşov, Bülbül prospekti, Kiçik Dəniz, R.Rza, S.Rüstəm, Ş.Bədəlbəyli, D.Əliyeva küçələrində ümumilikdə 4200 p/m bardür dəyişdirilib, 39000 kubmetr asfalt örtüyü vurulubdur. İl ərzində Ü.Hacıbəyli və Səməd Vurğun küçəsində abadlıq işləri aparılıb, qazon salınıb və güllərdən kompazisiya yaradılıbdır. Ərazi üzrə məhəllədaxili işıq dirəkləri, və qaz xətləri rənglənib, Mirəli Qaşqay küçəsində yeraltı qaz xətləri dəyişdirilibdir. Ötən il ərzində S.Rəhimov, Xətai, S.Əsgərova, Füzuli, M.Qaşqay, R.Rza, B.Səfəroğlu; Vidadi; Ə.Quliyev; Mardanov qardaşları küçəsi, D.Əliyeva, 28 May, F.Əmirov küçələrindəki binaların dam örtükləri cari təmir edilibdir.

Yığıncaqda çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov bildirib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi-iqtisadi kurs 2015-ci ildə böyük nailiyyətlərlə əlamətdar olub, ölkəmizdə daxili və xarici siyasətdə bir sıra mühüm uğurlara imza atılıbdır. A.Əsgərov vurğulayıb ki, başa vurduğumuz ildə bütün dünyada gedən mürəkkəb siyasi proseslərə, qlobal iqtisadi böhranlara baxmayaraq, Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf davam etmiş, Prezident İlham Əliyevin balanslaşdırılmış və düşünülmüş siyasi-iqtisadi strategiyası sayəsində ölkənin dinamik inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması, habelə, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsi, milli dövlətçilik maraqları təmin edilibdir. 2015-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat vermiş, qeyd etmişdir ki, ölkə başçısının tapşırıqlarına əsasən rayon ərazisində aparılan abadlıq-quruculuq işləri davam edəcəkdir. Rayon rəhbəri Prezident İlham Əliyevin Sədrliyi ilə 10 yanvar 2016-cı il tarixdə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial- iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağında ölkə başçısının nitqindən irəli gələn vəzifələrlə bağlı görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırıbdır.

Yığıncaqda rayon sakinlərindən xalq artisti Ramiz Quliyev, təqaüdçü Rəsul Səfərov, məcburi köçkün Quliyev Novruz və başqaları çıxış edərək respublikada aparılan quruculuq işlərinin, həyata keçirilən böyük sosial və infrastruktur layihələrinin, aparılan islahatların xalqın rifahının yüksəldilməsinə yönəldiyini bildiriblər.

Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıbdır.

R.HÜSEYNOVA

Digər xəbərlər