PDF Oxu

Sosial

  • 15

20 Yanvar şəhidləri Pirallahıda anılıb

20 Yanvar şəhidləri Pirallahıda anılıb

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl səbəbləri açıqlanmış, həqiqi günahkarlar aşkar edilmişdir

Yanvarın 19-da Pirallahı rayonunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə Pirallahı rayon icra hakimiyyətinin başçısının müavini Vəzir Səfixanov və aparatın məsul əməkdaşları, "Milli Qəhrəmanları Tanıtma" İB-nin üzvü, milli qəhrəman Vahid Quliyev, 20 Yanvar əlilləri və şəhid ailələri, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Pirallahı qəsəbəsində ucaldılmış "Vətən uğrunda" abidə-kompleksi ziyarət edərək, müstəqilliyimizin əldə olunmasında, Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbir də çıxış edən Vəzir Səfixanov qeyd edib ki, 1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq, xalqın milli azadlığı və müstəqilliyi üçün yol açdılar. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.

Şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması ilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Anım tədbirində "Milli Qəhrəmanları Tanıtma" İB-nin üzvü, milli qəhrəman Vahid Quliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı rayon şöbəsinin sədr müavini Mübariz Xudaverdiyev çıxış edərək 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladılar. Bildirildi ki, milli azadlıq naminə, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini, mənfur erməni xislətinin iç üzünü bütün dünyaya bir daha nümayiş etdirdi.

Tədbirin sonunda iştirakçılar abidə-kompleksinin önünə əklil və al qərənfillər düzdülər.

Samir

Digər xəbərlər