PDF Oxu

Sosial

  • 16

Pensiyaların artırılması dövlətin insan amilinə verdiyi dəyərdir

Pensiyaların artırılması dövlətin insan amilinə verdiyi dəyərdir

İlham Əliyev: "Azərbaycanda xalqla iqtidar arasında birlik möhkəmlənir və bu amillər bizim uğurlu inkişafımızı şərtləndirir"

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Belə ki, 2003-cü ildən başlayaraq ölkədə istər əmək haqları, istər pensiyalar, istərsə də digər sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb. Həmçinin, bu illər ərzində ümumi daxili məhsulun adambaşına düşən həcmi 4,7 dəfə artaraq, 3692 ABŞ dollarına çatıb, orta aylıq əmək haqqı 3,4 dəfə, əhalinin gəlirləri 2,9 dəfə yüksəlib. Bütün bu tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5 faizədək azaldılıb. Son on bir il ərzində bir milyon üç yüz minə yaxın yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların və sosial müavinətlərin artırılması dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının dayanmasından xəbər verir.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin başlıca hədəfləri ölkəmizin zəngin dövlətə çevrilməsi, əhalinin daha yaxşı yaşamasına nail olmaqdan ibarətdir. Ölkə başçısının daim sosial proqramların geniş xarakter almasına baza yaradan sərəncamları hər il vətəndaşların yaşayış şəraitinin yaxşılaşmasında özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə də bu məsələyə daim diqqət yetirdiyini, sosial siyasətin dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır: "Keçən il bütün sosial proqramlar icra edilmişdir. Heç bir ixtisar olmamışdır. İnsanlara daha da böyük məbləğdə ünvanlı dövlət sosial yardımı verilmişdir. Bu sahədə də islahatlar aparılıb və bu yardımı alan insanların sayı azalıb. Bunun hesabına, həqiqətən, bu yardıma möhtac olan ailələrə daha da böyük məbləğdə yardım verilir. Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artmışdır. Sosial infrastruktur layihələri icra edilmişdir. Baxmayaraq ki, bizim gəlirlərimiz azalıb, ancaq bu sahəyə biz vəsaiti təşkil edə bilmişik. Altmışa yaxın tibb müəssisəsi tikilib və təmir edilib, 20-dən çox məktəb təmir edilib və tikilib. Hazırda 23 məktəbdə təmir işləri aparılır, uşaq bağçalarının tikintisi davam edir. Yəni, sosial infrastruktur layihələri Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuşdur və onlar icra edildi, bu il də icra edilməlidir".

Reallıqlar, perespektivlər

Son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər, bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı bildirib ki, ötən ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir: "Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini mən şəxsən iqtisadi amillərlə, sırf iqtisadi amillərlə bağlaya bilmərəm. Çünki dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün. Mənim fikrimcə, burada, ilk növbədə siyasi amillər öz rolunu oynayıbdır. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da, əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərmişdir. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək. Bu barədə mən bir qədər sonra öz fikirlərimi bildirəcəyəm. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sektorunun inkişafı deməkdir, aparılan islahatların nəticəsidir. Hesab edirəm ki, qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir".

2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da pensiyaçılar ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqə hesab edilir. Məhz bu vəzifələrin prioritet olaraq yerinə yetirilməsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gerçəkləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətidir. Pensiyaçıların sosial müdafiəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılması hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib.

Son 10 il ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi olaraq Azərbaycan Prezidentinin ölkədə pensiyaların baza hissəsinin artırılmasına dair son Sərəncamı 1 209 135 pensiyaçını əhatə edəcək. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar (dövlət qulluqçuları, hərbi qulluqçular və s. bu kateqoriyaya aid olan pensiyaçılar) sayı isə 63 431 nəfərdir. Belə ki, pensiyanın baza hissəsini 100% alanların pensiyasının artımı 15 manat, bəzi kateqoriyalara aid olan pensiyaçılarda isə daha çox olacaq. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun sözlərinə görə pensiyanın baza hissəsini 120% həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200% həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək. Sərəncama əsasən, milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılacaq və 200 manat təşkil edəcək. Eyni zamanda, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27,75 manat artırılaraq 185 manata çatdırılacaq.

DSMF sədri bildirib ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, eyni zamanda döyüş əməliyyatı aparmış ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 16,5 manat artırılacaq. "Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının pensiyasının baza hissəsi 28,5 manat, I qrup (439 nəfər) BVM əllilərininki 37,5 manat, II qrup (574 nəfər) BVM əllilərinki 31,5 manat, III qrup (32 nəfər) BVM əllilərininki isə 28,5 manat artırılacaq. Bütün bu artımların 1 aylıq məbləği 18, 3 mln. manat təşkil edir. Beləliklə, fond 4 ay ərzində bu Sərəncamın icrası ilə bağlı 1 209 135 nəfərə əlavə olaraq 73,2 mln. manat vəsait ödəyəcək.

DSMF sədrinin sözlərinə görə, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün heç bir problem yoxdur və bu ilin sonuna kimi təxminən 73,2 mln. manat həcmində əlavə vəsait tələb olunur.

Beləliklə də, bütün bu uğurlu nəticələr onu bir daha göstərir ki, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun gələcək illərdə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər