PDF Oxu

Sosial

  • 28

YAP İsmayıllı rayon təşkilatı qarşıda duran vəzifələri müzakirə edib

YAP İsmayıllı rayon təşkilatı qarşıda duran vəzifələri müzakirə edib

"Hər bir partiya üzvü səylərini YAP Sədri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kursun uğurla həyata keçirilməsinə səfərbər edəcəkdir"

YAP İsmayıllı rayon təşkilatının təşkilatçılığı ilə Qurbanəfəndi kənd ərazi ilk partiya təşkilatında 2015-ci ilin yekunları, 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. Yığıncağı giriş sözü ilə YAP rayon təşkilatı Qurbanəfəndi ərazi ilk partiya təşkilatının sədri Cavad Qarayev açaraq 2015-ci ilin Azərbaycan üçün, həqiqətən də uğur və inkişaf ili olduğunu və bu inkişafın ölkənin hər bir bölgəsi kimi İsmayıllıdan da yan keçmədiyini bildirdi. O, 2015-ci ildə Qurbanəfəndi kəndində görülmüş bir sıra işlər barədə məlumat verərək bildirdi ki, hesabat ilində kəndin yollarına çınqıl tökülmüş, əlavə olaraq 40 evlik yeni su xətti çəkilib əhalinin istifadəsinə verilmiş, ərazidə mütəmadi olaraq təmizlik işləri aparılmış, yaşıllaşdırma işlıərinə xüsusi diqqət verilmişdir. Xüsusən də, ilin sonlarında kəndə təbii qaz verilişinin bərpa edilməsi əhalinin sevincinə səbəb olmuş və onlar buna görə ölkə başçısına hədsiz minnətdar olduqlarını bildirmişlər.

Tədbirdə geniş nitq söyləyən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova bildirdi ki, 2015-ci il ölkəmiz və xalqımız üçün uğurlu il olub, bir çox əlamətdar hadisələrlə yadda qalıb. Dövlətimizin dünya idman tarixinin parlaq tarixi hadisəsi olan I Avropa Oyunlarını uğurla keçirməsi 2015-ci ilin Azərbaycanın mədəni həyatında nə qədər önəmli il olduğunu göstərir. Milli Məclisə seçkilər 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında ən mühüm əhəmiyyət kəsb edib. Yeni Azərbaycan Partiyasının seçkilərdə inamlı qələbəsi partiyamızın növbəti uğuru olmaqla yanaşı, bir daha ümumxalq partiyası olduğunu sübut etdi. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunmuşdu. Strateji hədəf ölkənin ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etmək, habelə Azərbaycan məhsullarının rəqabət qabiliyyyətini artıraraq, onların xarici bazara çıxarılmasına şərait yaratmaq olub. Əhalinin sosial müdafiəsinin təmin edilməsi, iqtisadiyyatın çoxşaxəli inkişaf etdirilməsi ilə əlaqədar da uğurlu siyasət davam etdirilib.

Ə.Vahabova, eyni zamanda, xüsusilə dünya iqtisadiyyatında və maliyyə sektorunda baş verən hadisələrlə əlaqədar təbii olaraq Azərbaycanın qarşısında da çox ciddi vəzifələr dayandığını qeyd edərək bildirdi: "Bu gün Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan höküməti həmin problemlərin həll olunması istiqamətində səfərbər edilib və bu yöndə addımlar atılır və əhali bu barədə mütəmadi olaraq məlumatlandırılır. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı olaraq 2016-cı ildə bizim qarşımızda duran vəzifələrin həyata keçirilməsi istiqamətində, eyni zamanda izahat işlərinin, təşviqat işlərinin aparılmasında böyük fədakarlıqla yaxından iştirak edəcək. Ölkəmizdəki sabitliyə, dincliyə, əmin-amanlığa, iqtisadi inkişafa, abadlaşmağa, müasirləşməyə öz töhfəsini verəcəkdir. Hər bir partiya üzvü səylərini YAP Sədri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni iqtisadi kursun uğurla həyata keçirilməsinə səfərbər edəcəkdir".

Zümrüd Bayramova

Digər xəbərlər