PDF Oxu

Sosial

  • 24

Suraxanı rayonu sosial-iqtisadi inkişafının yeni mərhələsində

Suraxanı rayonu sosial-iqtisadi inkişafının yeni mərhələsində

Bu gün Azərbaycanda mövcud uğurların qazanılmasında, dövlətçiliyin qorunmasında və daha da inkişaf etdirilməsində Azərbaycanın dünyada tanınmasında Ümummilli Lider Heydər Əliyevin böyük zəhməti, xidmətləri olub. 1993-cü ildə xalqın çağırışı ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu fenomen insanın rəhbərliyi altında Azərbaycan qısa zaman ərzində çiçəklənib, inkişaf edən ölkələr arasında yer tutub.

Ümummilli Lider ölkəmizdə rəhbər olduğu dövrlərdə bütün bölgələrdə olduğu kimi, Suraxanı rayonunda da böyük quruculuq, abadlıq işləri görülüb, sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu baxımdan Onun əziz xatirəsi hər yerdə olduğu kimi bu rayonda da ehtiramla yad edilir.

Qeyd etmək istərdim ki, tarixi məkanlardan biri olan Suraxanı tarixi keçmişə malik olsa da, rayon kimi ötən əsrin əvvəllərində formalaşmağa başlayıb. 6 qəsəbəni (Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı, Zığ) özündə birləşdirən Suraxanı bu gün inzibati rayonlar arasında rəqabətə girərək böyük inkişafa nail olub.

2009-cu ildən fəaliyyətə başlayan Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ötən illər ərzində rayonun ideoloji mərkəzinə çevrilib. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə, ümumilikdə 52000-dən yuxarı yerli və xarici ziyarətçi tanış olub, mərkəzin elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanıb.

Respublikanın hər bir yerində olduğu kimi, Suraxanı rayonunda da Suraxanı rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü, 20 Yanvar və Xocalı Soyqırımına həsr olunmuş anım tədbirləri, eləcə də, xalqımızın milli bayramları - Novruz, Qurban bayramları, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və digər bayramlar münasibətilə proqramlar təşkil olunur.

Yola saldığımız ilin ən əlamətdar hadisəsi "Bakı-2015" ilk Avropa Oyunları oldu. Avropada ilk dəfə təşkil olunmuş bu mötəbər idman bayramı Bakıda yüksək səviyyədə təşktl olundu. Ölkəmiz bütün qitəyə sübut etdi ki, Azərbaycan istənilən yarış və tədbirlərin keçirilməsi üçün ən etibarlı məkandır.

Suraxanı həm də tarixində onunla silinməz iz qoydu ki, "Bakı-2015" ilk Avropa Oyunlarının məşəli bu rayonun ərazisində yerləşən "Atəşgah Məbədi" Tarixi-Memarlıq Qoruğunda alovlandırıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva, ailə üzvləri və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak ediblər.

İdman və bədən tərbiyəsi gələcək nəslin sağlam formalaşmasına mühüm bir vasitədir. Ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür. Rayonda "Neftçi idman klubu" İctimai Birliyi, Hövsan Olimpiya İdman Kompleksi, 18 saylı Uşaq-Gənclər idman məktəbi, 12 idman klubu, müxtəlif federasiyaların nümayəndəlikləri, idman zalları və stadionları fəaliyyət göstərir.

Suraxanı rayonunda idmanla yanaşı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə işlər görülür.

Bir sözlə, Suraxanı rayonu hər bir sahədə uğur qazanmaqla, yeni və qabaqcıl lahiyələrin həyata keçirilməsində fəal iştirak etməklə ölkəmizin inkişafına öz töhfələrini verməyə çalışır.

Yunis Qaraxanov

Digər xəbərlər