PDF Oxu

Sosial

  • 22

Ermənistanın səhiyyəsi çökür

Ermənistanın səhiyyəsi çökür

İşğalçı ölkə ölümcül virusun qarşısını almaqda acizdir

Sosial-iqtisadi sahədə böyük tənəzzül yaşayan, siyasi çaxnaşmalar meydanına çevrilən Ermənistanda səhiyyə sistemi də olduqca bərbad haldadır. Ermənilər özləri də etiraf edirlər ki, ölkədə təhsil və səhiyyə yox dərəcəsindədir. Bu səbəbdən hakimiyyət təmsilçilərinin hansısa səhiyyə uğurlarından danışması, sadəcə olaraq, insanlarda nifrət doğurur.

Erməni mətbuatının məlumatına görə, ölkədə səhiyyə xidmətinin səviyyəsi məlum səviyyədən də aşığıdır. Belə ki, bəzi vacib dərmanları tapmaq çətindir, normal klinikaların yoxluğu və ya yüksək qiymətlər tibbi yardım almağı mümkünsüz edir. Məhz bu səbəbdən də işğalçı ölkədə infeksiya həddindən artıq çoxdur. Məhz bu şəraitdə Ermənistanda infeksiyaya yoluxma riski yetərincə yüksək sayılır.

Qeyd edilənlərin real təsdiqini Ermənistanda "donuz qripi"nə yoluxanların sayının durmadan artması da bir daha təsdiqləyir. Ümumiyyətlə, "donuz qripi" və ya "A H1N1" virusu Ermənistanda vaxtaşırı yayılan xəstəliklər sırasında yer alır. Statistikaya nəzər saldıqda, işğalçı ölkədə müxtəlif illərdə bu xəstəliyin yayılmasının şahidi olmaq mümkündür. Belə ki, 6 il əvvəl Ermənistanda yüzdən artıq insan bu xəstəliyə yoluxmuş, onlardan üçü dünyasını dəyişmişdi. 3 il əvvəl də Ermənistanda "donuz qripi"nə yoluxma halları qeydə alınmışdı.

İndi də sözügedən xəstəlik Ermənistanda tüğyan etməyə başlayır.

Ermənistanda 187 nəfər "donuz qripi"nə yoluxub

Belə ki, erməni mətbuatının yazdığına görə, Ermənistanda 187 H1N1 virusuna (donuz qripi) yoluxma faktı qeydə alınıb. Ermənistan səhiyyə nazirinin müavini Vaan Poqosyanın sözlərinə görə, artıq bu gün 14 nəfər dönuz qripindən ölüb, ağır vəziyyətdə olanların sayı isə durmadan artır, ümumilikdə yanvarın 24-nə kimi 187 nəfərin dönuz qripinə yoluxması qeydə alınıb. Vaan Poqosyan onu da bildirb ki, "Erbuni" tibb mərkəzində dərman preparatlarının olmaması, nəinki donuz qripinin, eyni zamanda pnevmaniyanın da artdığını vurğulayıb: "Səhiyyə sistemində maddi-texniki baza acınacaqlı haldadır. Dərman çatışmazlığı ciddi narahatlıq doğurur. Əhalinin sosial durumunun aşağı səviyyədə olması da xəstəliyin geniş yayılmasına öz mənfi təsirini göstərir. Ermənistan xəstəxanalarında 470 pnevmaniya xəstəsinin olması deyilənlərin təsdiqidir. Belə ki, 470 xəstədən 234-ü uşaq, 124-ü isə hamilə qadınlardır. Keçən il bu dövrdə 5 ölüm hadisəsi qeydə alınmışdısa, bu il 15 ölüm hadisəsi qeydə alınıb".

Erməni ekspertlərinin sözlərinə görə, bu xəstəliyin Ermənistanda müalicə ehtimalı da çox aşağı səviyyədədir və bu fonda ölkədə "donuz qripi"nin yayılma ehtimalı yüksəlir. Çünki "A H1N1" virusu ilə yayılan bu xəstəlik keçicidir. Ekspertlər bildirirlər ki, bu, donuzlara xas olan virusdur. Ona görə də donuz əti istehlak edənlərin yoluxma riski yüksəkdir. Ermənistanda da donuz məmulatlarından və ətindən geniş istifadə olunur. Bu xəstəliyin ölkədə geniş yayılması qaçılmaz sayılır. Problemin həlli isə səhiyyə sistemi korrupsiya girdabında boğulan Ermənistanın imkanları xaricindədir. Belə vəziyyətdə xəstəliyin hətta epidemiya halı alması belə istisna deyil. Ermənisatnın səhiyyə naziri Armen Muradyanın sözlərinə görə, problemin qarşısını almaqda çarəsizdirlər: "Çünki belə xəstələrin yerləşdirilməsi üçün xüsusi şərait olmalıdır. Virusun qarşısının alınması üçün lazımi dərman preparatları da tapılmır".

Armen Muradyan əhalini evlərindən çıxmamağa çağırıb. Bildirilir ki, elmi adı A H1 N1 olan donuz qripi nəfəs yolu ilə yoluxur və xəstəlik sürətlə yayıla bilir. Bu virusa yoluxanlar özlərini yorğun hiss edirlər, boğazları qaşınır, əzələlər ağrayır, quru öskürək müşahidə olunur. Səhiyyə Nazirliyinin açıqlamasından təlaşa düşən Ermənistanda vətəndaşların tibb müəssisələrinə müraciəti artıb. Təkcə bir xəstəxanaya gün əzində 800 təcili çağırış daxil olub. Müraciətlər əsasında Yerevanda 350-dən çox kəskin respirator xəstəlik qeydə alınıb, onlardan 67-si pnevmaniya ilə müşayiət olunur

"Donuz qripi" ermənilərin axırına çıxır

Ermənistanını səhiyyə naziri Armen Muradyan onu da vurğulayıb ki, xüsusilə havanın kəskin şəkildə soyuqlaşması səbəbindən təcili yardım briqadaların işi çoxalıb: "Ermənistanda bu günə kimi H1N1 virusundan iki ölüm halı qeydə alınıb. Bu, dekabrın sonundan bəri daha çox "donuz qripi" kimi tanınan xəstəlik nəticəsində 14-cü ölüm qeydə alınıb. Vəziyyət getdikcə çətinləşir".

Ermənistan səhiyyə nazirliyinin təmsilçisi Anait Arutunyan isə mətbuata müsahibəsində qeyd edib ki, hazırda xəstəxanalara müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib. Onlardan 219 nəfərə pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər isə reanimasiya şöbələrində saxlanılır.

Ölkənin baş infeksionisti Ararat Asotyan isə bu məsələ ilə bağlı vurğulayıb ki, vəziyyət getdikcə təhlükəli hal alır. Epidemiya artıq Ermənistanın şəhər və kəndlərində də nəzərə çarpır. Vəziyyəti kəskinləşdirən hal həm də odur ki, "H1N1" ("donuz qripi") virusuna yoluxanların yerləşdirilməsi üçün xüsusi şərait yoxdur. Xəstəliyin qarşısının alınması üçün lazımi dərman preparatları tapılmır.

Ararat Asotyan da əhalini evlərindən çıxmamağa çağırıb. Bildirib ki, "donuz qripi" nəfəs yolu ilə yoluxur və xəstəlik sürətlə yayılır. Bu virusa yoluxanlar özlərini yorğun hiss edir, boğazları qaşınır, quru öskürək müşahidə olunur.

Erməni mətbuatının yazdığına görə, təlaşa düşən Ermənistanda vətəndaşların tibb müəssisələrinə müraciəti artıb. Təkcə paytaxt Yerevanın bir xəstəxanasına gün əzində 800 təcili çağırış daxil olub. Eyni zamanda, erməni mətbuatı bütün bunların səbəbini Ermənistanın işğalçılıq siyasəti üzündən baş verdiyini bildirir. Qeyd olunur ki, hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verib. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşıb. Həmçinin, əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınıb. Məhz belə vəziyyət və yartımaz səhiyyə sistemi ölkədə "donuz qripi" kimi xəstəliklərin geniş tüğyan etməsinə səbəb olub.

Səhiyyə üzrə ekspertlər də bu fikirləri təsdiqləyərək bildirirlər ki, "donuz qripi" insanlar arasında yayılan müxtəlif "H1N1" viruslarının qarışığından yaranan xəstəlikdir.

Ermənistanda "donuz qripi" ilə bağlı orta məktəblər və uşaq bağçalarında tətil elan olunub

Erməni mətbuatının yaydığı məlumata görə, ölkədə orta məktəblər və uşaq bağçaları qrip epidemiyası ilə əlaqədar fevralın 1-nə qədər bağlanacaq. "SƏS" qəzetinin "Armenia today" portalına istinadən verdiyi məlumata görə, elm və təhsil naziri Ermənistanda "donuz qripi"ndən (H1N1 virusu) ölənlərin sayı 10 nəfərə çatıb. Güclü qar və şaxtalardan sonra "donuz qripi" virusu bu ölkəni cənginə alıb. Hazırda ölkə xəstəxanalarında yüzlərlə xəstə var. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Ermənistanın elm və təhsil naziri Armen Aşotyan bildirib ki, Səhiyyə Nazirliyinin və baş nazirin tövsiyəsinə əsasən, dövlət ümumtəhsil, məktəbəqədər və orta ixtisas məktəblərində qış tətilinin müddəti fevralın 1-dək uzadılıb. Dövlət qurumları bu yolla "donuz qripi"nin uşaqlar və gənclər arasında yayılma riskini minimuma endirmək niyyətindədirlər. Armen Aşotyan panika üçün əsas olmadığını və vəziyyətin nəzarətdə saxlanıldığını deyib.

A.SƏMƏDOVA

Digər xəbərlər