Qurum, bütövlükdə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində qarşıya qoyduğu məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə ünvanlanıb...
Düz dörd il öncə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezident İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 13 fevral 2012-ci il tarixli Fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə yaradılıb. Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə artması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin xüsusi diqqəti ilə davam etdirilən ordu quruculuğu prosesinə də təkan verməkdədir. Son illərdə Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində ölkəmizin hərbi potensialı dəfələrlə artıb, silahlı qüvvələrimiz döyüş qabiliyyətinə görə regionun ən güclü ordusuna çevrilib. Ordu quruculuğu prosesinin təkmilləşdirilməsi çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması ilə də gündəmə gəlib. Prezident İlham Əliyevin "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun tətbiqi barədə 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyinin tabeliyində olan Respublika Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Qurum bir növ ordu ilə cəmiyyyət arasında körpü yaradır
Səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Bu prosesi həyata keçirən qurum bir növ ordu ilə cəmiyyyət arasında körpü rolunu oynayır. Xidmət yaradılandan indiyədək vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsi məqsədilə əsaslı tədbirlər görülüb, çağırış sistemində çağırışçıların hərbi uçotunun dəqiq və düzgün aparılmasına nəzarət artırılıb. Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına müvafiq olaraq səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşlarla maneəsiz və birbaşa əlaqənin qurulması məqsədilə xidmətin internet saytı yaradılıb. 2013-cü ildə ilk olaraq çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri ilə bağlı məlumatların internet və ya qısa mesaj vasitəsilə verilməsi xidməti istifadəyə verilib. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən elektron Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində "Hərbi-Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində çağırışçıların hələ orta məktəb illərindən hərbi xidmətə hazırlığı, hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işi mühüm yer tutur. Bu baxımdan gənclərdə Vətənə sədaqət, Azərbaycan Ordusuna sevgi, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü əldə silah müdafiə etməyə hazır olmaq, öz ölkəsinin taleyi üçün yüksək cavabdehlik məsuliyyəti aşılayan tədbirlər böyük əhəmiyyət kəsb edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti, bütövlükdə Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində qarşıya qoyduğu məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə ünvanlanıb...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətində daha bir yenilik isə 2014-cü ildən elektron xidmətlərlə yanaşı, "ASAN Xidmət" mərkəzlərində Xidmətin səlahiyyətlərinə aid xidmət növlərinin həyata keçirilməsidir. İndi xidmətin bütün "ASAN Xidmət" mərkəzlərinə ezam olunan əməkdaşları bu istiqamətdə görülən işlərə müsbət təsir edirlər. Bu, eləcə də ölkənin bütün regionları üzrə keçirilən "Vətənin müdafiəsinə hazıram!" adlı silsilə tədbirlər gənclərin, ümumilikdə ictimaiyyətin böyük dəstəyini qazanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlərdən əsas məqsəd vətəndaşların Silahlı Qüvvələrə inamını daha da yüksəltmək, xalqın, dövlətin və Ali Baş Komandanın etimadını doğrultmaqdır.
Ü.ƏSGƏROV