PDF Oxu

Sosial

  • 28

Adam Şiff erməni lobbisinin təmsilçisi rolunda çıxış edib

Adam Şiff erməni lobbisinin təmsilçisi rolunda çıxış edib

Arzu Nağıyev: "Viktoriya Nulandın təmsil olunduğu vəzifə ona AŞPA -nı öz təsir dairəsinə salmağa imkan verə bilməz"

Müsahibimiz politoloq Arzu Nağıyevdir

- Arzu müəllim, mətbuatda yayılan iddialara görə, Dağlıq Qarabağla bağlı AŞPA-da qətnamənin qəbul edilməməsində ABŞ dövlət katibinin köməkçisi V.Nulandın xüsusi rolu olub. Nə dərəcədə reallığı əks etdirən məlumatdır ki, AŞPA V.Nulandın təsir dairəsinə düşüb?

- Mən belə deməzdim. Viktoriya Nulandın təmsil olunduğu vəzifə ona AŞPA -nı öz təsir dairəsinə salmağa imkan verə bilməz. Burada əsas məqam ondan ibarətdir ki, erməni lobbisinin təmsilçisi olan Adam Şiff müsahibəsində məqsədli şəkildə ABŞ dövlət katibi Con Kerrinin Avropa və Asiya üzrə köməkçisi Viktoriya Nulanda müraciət etdiyini bildirib və bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də məlum müraciəti baş tutub. Düşünürəm ki, burada əsas məqsəd erməni lobbisinin işinin ətrafında müsbət rəy yaratmaq istəyidir. Yəni lobbi və onun təmsilçiləri öz işlərinin öhdəsindən guya layiqincə gəlirlər və hətta ABŞ-ın ən yüksək dövlət məmurları da guya onların fikirlərini bölüşür. İkinci incə məqam isə odur ki, bəzi qüvvələr bununla Azərbaycanla ABŞ arasında müəyyən gərginlik yaratmağa çalışırlar və ABŞ-ın ermənilərə daha böyük dəstək verdiyini göstərmək istəyirlər.

- V.Nulandın bu məsələdə rolu təsdiqlənərsə, bir daha onu demək olarmı ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində ikili yanaşma göstərir?

- Viktoriya Nuland ABŞ dövlət katibi Con Kerrinin Avropa və Asiya üzrə köməkçisidir. Vəzifə səlahiyyəti çərçivəsində o, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağli Minsk Qrupunun həmsədrləri olan ABŞ nümayəndəsi Ceyms Uorlik ilə müzakirələr apara bilər. Eyni zamanda, ATƏT-in Minsk Qrupu BMT-nin mandatı ilə fəaliyyət göstərir, öz dövlətlərinin də mövqelərindən çıxış edə bilərlər. Yəni istənilən halda bu yanaşma tək Nulandın deyil, ABŞ hökumətinin mövqeyidir. Son iyirmi ildə ATƏT-in Minsk Qrupu deklorativ bəyanatlardan bir addım belə irəli getmirsə və ermənilərin xeyrinə olan status-kvonu saxlayırsa, deməli, bu, həm də ABŞ-ın mövqeyidir.

- Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsi fonunda həm də belə bir fikir səslənir ki, Rusiya Dağlıq Qarabağda öz silahlı qüvvələrini yerləşdirə bilər. İddialar nə dərəcədə realdır?

- Rusiyanın Dağlıq Qarabağ ərazisində öz qoşunlarını yerləşdiəcəyi yeni söhbət deyil. Bu məsələ mütəmadi olaraq qaldıdırılır və nüfuz davasının tərkib hissəsidir. Rusiyanın qoşunlarını Dağlıq Qarabağda yerləşməsi üçün mandatı olmalıdır. Bu, təbii ki, ilk növbədə Azərbaycandan asılıdır və biz də buna getmərik. Təbii ki, ermənilərin belə bir arzusu ola bilər, ancaq hansı əsaslarla bunu edə bilər ki? Bu, beynəlxalq hüquq normalarına zidd bir addımdır. Rusiya -Türkiyə gərginliyi ilə bunu bağlayanda isə, əsas məqam kimi İranla Qərbin münaqsibətinin müsbət məcraya yönəlməsinə xüsusi diqqət ayırmaq lazımdır. Rusiya buna qısqanır və bəhanə kimi Dağlıq Qarabağ ərazindən keçən İran-Azərbaycan sərhəddini bağlamağın vacib olduğunu bildirir və əks halda guya NATO, o cümlədən Türkiyənin oraya hərbi kontingent çıxara biləcəyi fikirlərini səsləndirir. Bir sözlə, bu, ermənilərin ortaya atdığı bir məsələdir və məqsəd də Rusiya ilə srtateji tərfdaş və hərbi portnyor olduqlarını göstırməkdir.

GÜLYANƏ

Digər xəbərlər