PDF Oxu

Sosial

  • 27

İsa Həbibbəyli: "Elm haqqında" qanun layihəsi təkmilləşdirilib, müasir tələblərə tamamilə yenidən uyğunlaşdırılıb"

İsa Həbibbəyli: "Elm haqqında" qanun layihəsi təkmilləşdirilib, müasir tələblərə tamamilə yenidən uyğunlaşdırılıb"

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli "SƏS" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, bu günlərdə komitənin iclasında "Təhsil haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb: "Məktəbəqədər təhsillə bağlı qanun layihəsinin hazırlanması bu gün olduqca zəruridir. Bu layihə hazırlanarkən mövcud reallıqlar nəzərə alınmalı, dünya təcrübəsi də öyrənilməlidir. Hazırda xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət, musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə (siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ixtisaslar üzrə) həyata keçirilir. Qanun layihəsində təklif olunan dəyişiklik xüsusi qabiliyyət tələb edən həmin sahələr üzrə magistr hazırlığı ilə bağlı ixtisaslara qoyulan məhdudiyyətin (yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə yaradılması ilə bağlı məhdudiyyətin) aradan qaldırılmasını nəzərdə tutur. Bununla da qeyd olunan sahələr üzrə magistr hazırlığının ümumi əsaslarla həyata keçirilməsi mümkün olacaq. Müzakirələr zamanı çıxış edən deputatlar qanun layihəsinin vacibliyini vurğulayıblar. Qeyd edim ki, artıq qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub".

İ.Həbibbəyli qeyd edib ki, təhsillə bağlı qanun layihəsinin hazırlanması bu gün olduqca zəruridir.

R.HÜSEYNOVA

Digər xəbərlər