PDF Oxu

Sosial

  • 35

YAP xalqın etimadını doğruldan partiyadır

YAP xalqın etimadını doğruldan partiyadır

Partiyanın Masallı rayon təşkilatının yaradılmasının 23-ci ili ilə bağlı tədbir keçirilib

YAP Masallı rayon təşkilatı aparatında Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiya üzvlərini ildönümü münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın təsis yığıncağı keçiriləndən sonra bölgələrdə onun yerli strukturları formalaşdırılmağa başlayıb: "Müqayisəolunmaz faktdır ki, YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan doğan dəstəyi dayanır. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-a böyük etimad göstərir, inanır. Onu da vurğulamalıyıq ki, partiyamız da gördüyü işlərlə, üzərinə götürdüyü missiya ilə xalqın inamını doğruldub. Yeni Azərbaycan Partiyası Azərbaycanın və ümumiyyətlə, regionun ən böyük və güclü siyasi partiyası kimi daim inkişaf edir, müasir dünyanın təcrübələrini mənimsəyir".

S.Əliyev Yeni Azərbaycan Partiyasının ilk yaranan rayon təşkilatlarından biri olan Masallı rayon təşkilatının fəaliyyəti ilə bağlı məlumat verərək bildirib ki, 101 ərazi ilk partiya təşkilatında 10372 nəfər üzv vardır: "Təşkilat üzvlərinin 28,6%-ni, yəni 2964 nəfərini qadınlar, təşkilatın 27,4%-i, yəni 2841 nəfərini gənclər təşkil edir".

Tədbirdə iştirak edən Prezident təqaüdçüsü, YAP Masallı rayon təşkilatının şura üzvü Şirvan Əbilov çıxış edərək bildirmişdir: ölkədə ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb şəraitdə cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas və aparıcı siyasi qüvvəyə çevrilən siyasi qurum olub. Tarixi zərurətdən yaranan partiya ötən illər ərzində xalqa xidmət missiyasını şərəflə yerinə yetirib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan düşdüyü siyasi, iqtisadi, sosial və mənəvi böhrandan xilas olaraq inkişafa nail olmuşdur. Bu gün partiyaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkənin iqtisadi, siyasi, mədəni və digər sahələrdə inkişafı istiqamətində mühüm addımlar atır, Azərbaycan günü-gündən tərəqqi və inkişaf yolu ilə irəliləyir.

Prezident təqaüdçüsü Şirvan Əbilov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu YAP-ın böyük nailiyyətlər əldə etdiyini bildirib, dövlətçiliyin möhkəmləndirilməsində və Azərbaycanın regionda lider dövlətə çevrilməsində Ulu Öndərin xidmətlərindən danışıb: "Hər zaman xalqın rifahını nəzərə alaraq, çoxsaylı dövlət əhəmiyyətli proqramlar irəli sürən YAP xalqın yüksək etimadını qazanıb, 650 mindən çox üzvü ilə regionun ən güclü siyasi partiyasına çevrilib".

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizin son dərəcə çətin sınaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs edib: "YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilmişdir. Azərbaycanın uğurları yalnız bölgənin güclü dövlətinə çevrilməsi ilə məhdudlaşmır. Ölkəmiz, eyni zamanda beynəlxalq aləmdə yeri və rolunu artırmışdır."

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş partiya üzvlərinə üzvlük vəsiqələri, partiya həyatında fəal iştirakına görə bir qrup YAP üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunubdur.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər