PDF Oxu

Sosial

  • 36

Dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə laqeyd qalmır

Dünya ictimaiyyəti Azərbaycan həqiqətlərinə laqeyd qalmır

Stiv Bullok:"Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk".

Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin geniş şəkildə çatdırılmasının nəticəsidir ki, beynəlxalq ictimaiyyət erməni işğalı altında olan Qarabağda və Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Elə bu səbəbdən, dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımının rəsmən tanınması barədə qərar qəbul edilib. Soyqırımını qətliam kimi tanıyan ABŞ ştatları - Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Yuta və başqa ştatlar qətnamələr qəbul ediblər. Qeyd edək ki, ötən il bu siyahı 17-yə çatmışdı. Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində bir neçə gün ərzində Amerikanın daha 3 ştatı, bu faciənin tanınması barədə qətnamə qəbul edib. O cümlədən, ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb. Bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Belə ki, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb. Bir neçə gün sonra Xocalı qətliamını tanayan ABŞ-ın Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, Baş Konsulluğa daxil olmuş bəyannamədə, qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır. Sənəddə o da qeyd olunub ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib. Qubernator oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etməyin vacibliyini vurğulayaraq, tarixin bir daha belə bir faciənin şahidi olmamasını arzulayıb.Bu bəyannamə daxil olmaqla ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb. Növbəti Montana ABŞ-da Xocalı soyqırımını tanıyan 20-ci ştat oldu. ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını anma günü" kimi tanımağa və yad etməyə çağırıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Montana ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəd olan bu bəyanatda S.Bullok bildirir:"Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk".

Sənədin sonunda 2016-cı il 26 fevral tarixinin Montanada "Xocalını anma günü" elan edildiyi vurğulanır. Beləliklə, bu sənəd daxil olmaqla ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb.

Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın faciəsidir. Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə, amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Xocalı soyqırımını ilbəil tanıyanların siyahısı genişlənsə də, bununla belə, bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Təbliğat və təşviqatı daha da gücləndirilməliyik ki, haqq səsimizi dünyaya lazımi səviyyədə çatdıra bilək. Bu gün təbii ki, Avropa dillərində çap olunuan kitablar, çəkilən filmlər və s. Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.

ZÜMRÜD

Digər xəbərlər