PDF Oxu

Sosial

  • 23

23 İL: ZƏNGİN TARİXİ YOL

23 İL: ZƏNGİN TARİXİ YOL

YAP Səbail rayon təşkilatının yaradılmasının 23 illiyinə həsr olunmuş tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 23-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə təşkilatın sədri, YAP İdarə Heyətinin üzvü, professor Zahid Qaralovun və həyatdan köçmüş digər tanınmış partiya xadimlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev tədbir iştirakçılarını təbrik edərək partiyanın yaranma tarixinə nəzər salaraq, təşkilatın ötən dövr ərzində şərəfli yol keçdiyini bildirib. Bildirib ki, ictimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkəşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrildi: "Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu YAP bu gün Azərbaycanın inkişafında öz töhfələrini verməkdədir. Bu gün bu ideyanın layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev ölkənin inkişafında, xalqın rifahında uğurlu fəaliyyətini davam etdirməkdədir. Çünki xalq öz Prezidentinə inanır və güvənir".

Ş.Hacıyev Səbail rayon təşkilatını yaranma tarixindən danışaraq bildirdi ki, 1993-cü il fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalına toplaşmış 500 nəfərin iştirakı ilə YAP Səbail rayon təşkilatının təsis konfransının keçirdi. Onun sözlərinə görə, hazırda təşkilat üzvlərinin 24 min nəfərdən çox üzvü olması böyük inkişaf deməkdir.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, millət vəkili Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü, professor Nizami Xudiyev, YAP Səbail rayon təşkilatının sədrini birinci müavini Muxtar Nağıyev, YAP Siyasi Şurasının üzvü, YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü Rizvan Vahabov və başqaları çıxış edərək partiyanın 23 il bundan öncə keçdiyi uğurlu tarixi yoldan danışdılar. Bildirdilər ki, uğurlarla zəngin olan bu tarix dünənimizə, bu günümüzə və gələcəyimizə bələdçilik edir. Çıxışlarda bu fikir dönə-dönə qeyd olundu ki, ötən hər il əvvəlki ildən daha böyük uğurlarla yadda qalır.

Sonra təşkilatın formalaşmasında, inkişafında əməyi olan və işində fərqlənənlərə fəxri fərmanlar və mükafatlar təqdim edildi.

Sonda YAP Səbail rayon təşkilatının informasiya portalının təqdimatı oldu.

Həmçinin, tədbirdə cari məsələrə də baxıldı.

R.KAMALQIZI

Digər xəbərlər