PDF Oxu

Sosial

  • 37

YAP Nəsimi rayon təşkilatı gənclər birliyi Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi

YAP Nəsimi rayon təşkilatı gənclər birliyi Xocalı soyqırımına həsr edilmiş tədbir keçirdi

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclər birliyi Xocalı soyqırımının 24 illiyi ilə bağlı anım tədbiri keçirdi. Tədbirin əsas məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan "Xocalıya ədalət" kampaniyasına dəstək olmaqla Xocalı həqiqətlərini dünya ictimayyətinə çatdırmaqdır.

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı respublikamızda və dünyanın bir çox ölkələrində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini bildirdi. Qeyd etdi ki, Xocalı soyqırımı dünyanın müxtəlif ölkələrində və bəzi beynəlxalq təşkilatlarda hüquqi-siyasi qiymət verilsə də, hələ də bütün beynəlxalq təşkilatlar tərəfindən soyqırımı və insanlığa qarşı cinayət kimi qəbul edilməmişdir. Nə qədər ki, Xocalı soyqırımına beynəlxalq aləmdə ədalətli hüquqi-siyasi qiymət verilməyib, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gənci bu dəhşətli faciəni dünya gənclərinə tanıtdırmaq üçün bütün səylərini əsirgəməməlidir.

Millət vəkili Xocalı faciəsinin soyqırımı aktı kimi tanıdılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərə nəzər saldı: "26 fevralın "Xocalı soyqırımı" kimi qeyd olunması barədə Ulu Öndər Heydər Əliyevin məlum qərarından etibarən, respublika səviyyəsində Xocalı soyqırımı qeyd edilir. Xocalı faciəsi iyirminci yüzillikdə ermənilər tərəfindən xalqımıza qarşı törədimiş növbəti kütləvi qırğın olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş terror siyasətinin tərkib hissəsidir. Bu soyqırımı həm də bəşəriyyət və insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir".

Təşkilat sədri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın beynəlxalq miqyasda "Xocalıya ədalət" kampaniyası çərçivəsində reallaşdırdığı tədbirlərin dünya miqyasında Xocalı soyqırımının tanıdılmasında əhəmiyyətini də vurğuladı. Bu gün uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı əməlləri də tarixin açılmamış səhifələrindən biridir.

Tədbirdə çıxış edən rayon təşkilatının fəal gəncləri Xocalı soyqırımının ağır nəticələrini diqqətə çəkərək, ermənilər tərəfindən həyata keçirilən terror aktına münasibətlərini bildirdilər.

ZÜMRÜD

Digər xəbərlər