PDF Oxu

Sosial

  • 37

Novruz çələngi

Novruz çələngi

Çərşənbəniz mübarək!

Yaz ağzıdı, daşı-damı qurdala,

Öləziyən yanar şamı qurdala,

Fal açılan sulu camı qurdala,

Xoş əhvallı çərşənbəniz mübarək!

Sevgi dolu hər bir yuxu çıxsın çin,

Ürəyi toxtadan saf şərbət için,

Gur sular üstündən atlanıb keçin,

Böyük, ulu çərşənbəniz mübarək!

Sərt yoxuşlar nəfəsləri darıldar,

Şəlalələr layla çalıb şırıldar,

Zümrüd sular bərq vuraraq parıldar,

Məna dolu çərşənbəniz mübarək!

Dəli Kürdən Xəzərimə sal axar,

Nəğmə dolu dodaqlardan bal axar,

Sular sakit dolaylarda lal axar,

Axar sulu çərşənbəniz mübarək!

Su aydınlıq... Valeh bundan halıdı,

Söz deyirsə, çinədanı doludu,

Xoş ovqata köklənən əhvalıdı,

El misalı, çərşənbəniz mübarək!

23.02.2016

Valeh Məhərrəmli

Digər xəbərlər