PDF Oxu

Sosial

  • 50

Şəmkirdə Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Şəmkirdə Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının akt zalında Şəmkir rayon icra hakimiyyətinin və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdə YAP Şəmkir rayon təşkilatı şurasının və idarə heyətinin üzvləri, ilk partiya təşkilatı sədrləri və YAP fəalları iştirak etdilər.Tədbir iştirakşıları ilk öncə bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad etdilər.Sonra Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib: "Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüb. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib".

Tədbirdə YAP Şəmkir rayon təşkilatının təlimatçısı İlkin Musayev çıxış edərək qeyd etmişdir ki, bəşər tarixinin ən qanlı cinayətlərindən olan Xocalı faciəsindən 24 il keçir: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün Ermənistan hərbçiləri bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər".

Çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski vurğulamışdır ki, genosid insanlıq əleyhinə törədilən dəhşətli cinayətdi: "Bu soyqırıma siyasi və hüquqi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Bu cinayətin dünya ictimaiyyətinə çatdırılmasında mərhum jurnalist Çingiz Mustafayevin əvəzsiz xidmətləri olub".

Anım tədbirində çıxış edən YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov, Mədəniyyət və Turizm şöbəsi ilk partiya təşkilatının sədri Cavanşir Pirverdiyev, Poçtamt ilk partiya təşkilatının sədri Vilayət Cabbarov çıxış edərək Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar: "Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasəti sayəsində Xocalı həqiqətləri Azərbaycan xalqının başına gətirilən müsübətlər dünya ictimayyətinin diqqətinə çatdırlacaq və bu vəhşilik real qiymətini alacaqdır" .

Rəfiqə Kamalqızı

Digər xəbərlər