Xocalı soyqırımı - tarixin qanlı günü,
O əlli il sonrakı Xatın faciəsiydi.
Millətin soyqırımı, millətin qətl günü,
Minilliyin, həm əsrin ən böyyk genosidi,
Xocalı soyqırımı xalqın faciəsiydi...
Od-alov göyə bülənd, yandı şəhər, yandı kənd,
Yeri-göyü bürüdü yanan kəslərin səsi.
Yandı evlər, tayalar, güllələndi qayalar,
Silkələndi yerindən asiman-göy qübbəsi!
Şəhər oda bürünmüş , alov göylərə bülənd,
Körpələrin naləsi çatırdı ərşə qədər.
Tırtılların altında məhv olurdu şəhər, kənd,
Qocalar nicatsızdır, üzlərində qəm, kədər...
Bəlkə Sonqmi bəlası təkrarlanıb gedirdi,
Bəlkə Xirosimo idi, özü fəryad edirdi.
Yandırdı Xocalımız, alovlu ərşə bülənd,
Yanırdı Xocalımız, alovlanırdı bənd-bənd.
Vyetnamın Sonqmisi, Belarusun Xatını...
Xocalım da yaşadı onların həyatını.
Ağaclar da adam tək güllələndi birəbir,
Yandırıldı binalar, söküldü məzar-qəbir.
Daş üstə daş qalmadı bir şəhərdən o gecə,
Düşmən öz amalına yetişmişdi beləcə,
Düşmən öz amalına yetişmişdi beləcə.
Yanırdı torpaq, səma, alov göyə bülənddi,
Yanırdı od içində Xocalım dərdli-dərdli.
Qulaqlar tutulurdu tankların lərzəsindən,
Kar olmuşdu təbiət mərmilərin səsindən.
Tüstüdən bulud almış səmanı da ərşəcən,
Göylər qapqara tüstü, yerlərsə yanar ocaq.
Bürüyüb havanı barıt qoxusu,
Atılan mərmidən təlatüm qopur.
Sıxır insanları ölüm qorxusu,
Düşmənlər hər yanı talayıb, çapır.
Şəhər od içində, alov püskürür,
Körpə nalələri yetişir ərşə.
Tankların səsindən göylər tökülür,
Bürüyüb aləmi qorxulu dəhşət.
Şüura yerləşməz bu vəhşiliklər,
Özünü göstərir faşist qurumu.
Tamam məhv olmalı burdakı türklər,
Sona yetməlidir bu soyqırımı!..
Haqqın qapıları açılan zaman,
Sənin sonun olar, ey kafir nadan!
Alçaqlıq rəmzi tək yaşayacaqsan,
Sən, ey türk qanına həris şarlatan!
Gözünü tutanda tökdüyü qanlar,
Şərəfsiz alçaqlar suçunu anlar.
Türk qanuna yerikləyən hər şeytan,
Öz qanında boğulacaq bir zaman...
Azad olar yurdumuz, o doğma Xocalımız,
Yenə bizə qayıdar Şuşa - qeyrət tacımız!
Zəfər çalıb ucalıq ucalırıq hamımız,
Bizi təbrikə gələr böyük Xurşidbanumuz.
Günəş salamlayar bəşəri səhər,
Gülər, təbiətin eyni açılar.
Bəzəyər hər yanı o al şəfəqlər,
Bəşəri sevgiylə yerə sancılar.
Oyanar təbiət, bəşər şənlənər,
Günəşə sevgilə açar gül-çiçək.
Ana sevgisilə odlanar, yanar,
Günəş fərəh ilə səpər nur, şəfəq...
Sən, ey ucalığa etalon insan!
Səninlə gül açar yurdum hər zaman.
Gülər Qarabağım, açılar yazı,
Gələr ana yurdun baharı, yazı.
Şadlıq, şənlik başlar sonu görünməz,
Yurdum başdan-başa düşər bayrama.
Geyər toy libasın ülvü, müqəddəs,
Doğma Azərbaycan, o gözəl ANA.
Aydın İsmayılov,
Təqaüdçü-mühəndis