PDF Oxu

Sosial

  • 27

Xocalı soyqırımı Dubayda anılıb

Xocalı soyqırımı Dubayda anılıb

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı qətliamı haqqında sənədli film nümayiş olunub

Dubay əmirliyində yerləşən "Heriot Watt" Universitetində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan tədbir kecirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata istinadən, Azərbaycan Tələbə Cəmiyyəti tərəfindən təşkil olunan tədbirə universitetin rəhbər və müəllim heyəti, xarici tələbələr qatılıb.

Öncə tədbir iştirakçılarına ermənilərin Xocalıda dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqqında məlumat verilib. 1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələrinin 366-cı moto-atıcı alayın dəstəyi ilə Xocalı sakinlərinə qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilən cinayət aktı olduğu vurğulanıb.

Daha sonra iştirakçılara Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı qətliamı haqqında sənədli film nümayiş etdirilib. Tədbirə qatılanlar Xocalı soyqırımı mövzusu ətrafında müzakirələr aparıb, fikirlərini bölüşüblər.

ZÜMRÜD

Digər xəbərlər