PDF Oxu

Sosial

  • 43

Xocalı soyqırımı yaddaşlardan heç zaman silinməyəcək

Xocalı soyqırımı yaddaşlardan heç zaman silinməyəcək

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə mərkəzdə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.Öncə tədbir iştirakçılarına Dağlıq Qarabağ müharibəsinin şahidi, fotoqraf Əlövsət Qasımovun "Xocalıya ədalət!" və geologiya-minerologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, görkəmli neft alimi, karikaturaçı rəssam Kərim Kərimovun "Dünyanı terrorizmdən xilas edək!" adlı sərgisi nümayiş etdirilib.

Mərkəzin Elektron lektoriya zalında davam etdirilən tədbirdə Xocalı soyqırımının, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Xocalı soyqırımından bəhs edən "Arzu və Murad" tamaşası göstərilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdiyini bildirib: "Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı".

İ.Abbasov çıxışında onu da bildirib ki, bu gün Azərbaycan hakimiyyəti Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır. Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir: "Azərbaycan Prezidenti Cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək, Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.

Rayon rəhbəri çıxışının sonunda xüsusi vurğulayıb ki, Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Tədbirdə Milli Məslisin deputatı Ağacan Abıyev iştirak edib.

ZÜMRÜD

Digər xəbərlər