PDF Oxu

Sosial

  • 46

Novruz çələngi

Novruz çələngi

Od bayramın mübarək

Günəş odlu, əsrarəngiz, iridi,

Alov dili dörd ünsürdən biridi,

Nisgillərin qırovları əridi,

Əzəmətli, şad bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Müqəddəsdi yurdumun hər bucağı,

Od-atəşdi hərarətli qucağı,

Hər mənzildə közərməkdə ocağı,

Novruz adlı ad bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Zərdüşt edib od-ocağa sitayiş,

Hörmüzü də töhfə edib bu gərdiş,

"Ocaq haqqı" dilimizdə bir vərdiş,

Dilləndikcə ud, bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Gur işığı örtə bilməz duman-çən,

Üz-üzədi Hörmüz ilə Əhrimən,

Xeyir şəri üstələyir, de, əhsən,

Qalmasan da mat, bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Tonqalları səmalara millənər,

Xumar gözlər gur işığa zillənər,

Söz atəşli ürəklərdə dillənər,

Qəm-qüssəni at, bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Oddan əvvəl tüstü sıxlaşar qatı,

Yanar dilli od bərkizər poladı,

Dmaqlarda hələ Novruzun dadı,

Çək ləzzəti, dad, bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Bayram mehi qəlbdə, içimizdədi,

Min nemətli ziyafətlər bizdədi,

Novruzgülü, qarçiçəyi müjdədi,

Çəmənlikdə yat, bayramın mübarək,

Od oğlusan, od bayramın mübarək.

Valeh Məhərrəmli

Digər xəbərlər