Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Şah arvadı və cadugər" romanı Türkiyə türkcəsində çap edilib. "Şah hanımı ve büyücü" adl altında işıq üzü görən kitab Bilgeoğuz Yayınları tərəfindən nəşr olunub. Kitabda Cənubi Azərbaycandakı farslaşdırma, assimilyasiya siyasətinin nə vaxtdan başladığı barədə oxuculara məlumat verilir. Həmçinin, farsların Səfəvi Türk dövlətini hansı metodlarla Fars dövləti şəklinə gətirdikləri oxucuların diqqətinə çatdırılır, Səfəvi dövlətinin bir Türk dövləti olduğu bildirilir.
Kitabda xüsusi qeyd edilir ki, "Şah Hanımı ve büyücü" əsəri Azərbaycan tarix və ədəbiyyatının son dövrlərdə ortaya çıxardığı ən mükəmməl və ən önəmli yazarlarından biri olan Yunus Oğuza məxsusdur. Daha öncə, "Nadir şah", "Təhmasib Şah", "Əmir Teymur", "Attila", "Sultan Alparslan" kimi tarixi romanlar yazan Yunus Oğuzun "Qədim Türklər və Qumilyovun nəzəriyyəsi". "Türk tarixinə yeni bir baxış", "Qədim Anadolu və Azərbaycan Türkləri" kimi elmi əsərlərə malik olduğu da vurğulanır. Xüsusi olaraq qeyd edilir ki, həmin əsərlərin bir çoxu rus, ingilis, , Türkiyə türkcəsi, özbək və qırgız dilinə tərcümə olunub. "Şah Hanımı ve büyücü" əsəri, eyni zamanda London, Moskva və İstanbulda nəşr olunub.