PDF Oxu

Sosial

  • 44

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar YAP Səbail rayon təşkilatı qadınlar şurası tədbir keçirib

8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar YAP Səbail rayon təşkilatı qadınlar şurası tədbir keçirib

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qadınlar şurası 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirib. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Azərbaycan qadınlarını təbrik edərək, bildirdi ki, qadın bəşəriyyətə ana və ilk tərbiyəçidir. Ş.Hacıyev 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat verərək vurğuladı ki, 103 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub: "8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər".

Ş.Hacıyev onu da söylədi ki, Ulu Öndərin siyasi irsi əsasında özü bir məktəb yaradan Prezident İlham Əliyev də daim qadın əməyinə, onların hüquqlarının qorunmasına, istirahətlərinin təşkilinə diqqətlə yanaşaraq cəmiyyətin formalaşmasında aparıcı simalardan olan qadınlara böyük qayğını dövlət siyasətinin prioritetləri sırasında daha önəmli sahə adlandırmışdır: "Hər il ənənəvi olaraq qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edən Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün uğurlarda qadınların xidmətləri əvəzsizdir".

YAP Səbail rayon təşkilatı qadınlar şurasının sədri Təranə Kərimova tədbir iştirakçılarını əlamətdar bayramları münasibətilə təbrik edərək bildirdilər ki, Şərqdə ilk dəfə səsvermə hüququna malik Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Onu da bildirdi ki, ana şəfqəti ilə Vətən üçün sağlam ruhda uşaq tərbiyə edib, övlad böyüdən qadınlarımız ikiqat diqqətə layiqdirlər: "Bu gün gənclərimizin yüksələn siyasi, fiziki hazırlığından, fitri istedadından danışır, beynəlxalq səviyyəli idman yarışları, olimpiadalardakı qələbəsi ilə qürur duyuruqsa, bu amilin özü də cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yeri və əməyi olan, ictimai fəallığı ilə diqqət çəkən, ölkədə davam edən inkişaf proseslərində fərqlənən qadınlarımızın, analarımızın şücaətinin, artan intellekt səviyyəsinin nəticəsidir. Əhalinin sosial müdafiəsinin təminatında qadınlara xüsusi diqqətlə yanaşılması da dövlət siyasətinin əsas istiqamətlərindəndir".

T.Kərimova, həmçinin qeyd etdi ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə həyata keçirilən biri-birindən əhəmiyyətli layihələrin başlıca məqsədi də ana və uşaqlara qağının artırılması, onların həyat tərzinin daha da yaxşılaşdırılması, istirahətlərinin səmərəli təşkili və sağlamlıqlarının qorunmasıdır.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar təqdim olundu.

R.HÜSEYNOVA

Digər xəbərlər