PDF Oxu

Sosial

  • 31

YAP Balakən rayon təşkilatının təsis olunmasının 23-cü ildönümü qeyd olunub

YAP Balakən rayon təşkilatının təsis olunmasının 23-cü ildönümü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının təsis olunmasının 23-cü ildönümü münasibəti ilə partiyanın rayon qərargahında rayon fəallarının iştirakı ilə birgə geniş şura iclası keçirilib.

YAP Balakən rayon təşkilatının sədri partiyanın yaranma tarixindən danışaraq bildirib ki, 1992-ci ildə Azərbaycanda mövcud olan ictimai -siyasi vəziyyət xalqı özünə lider axtarmağa və yaranmış vəziyyətdən çıxış yolunu tapan lideri hakimiyyətə gətirmək üçün yollar aradı: "Xalqın yeganə ümüdü 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş, sonralar SSRİ -nin rəhbərlərindən biri olmuş Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə gətirmək üçün yollar arayırdı. Bu məqsədlə ictimai-siyasi qurum olan Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın qabaqcıl ziyalıları tərəfindən irəli sürüldü. Ölkədə yaranmış vəziyyət xalqı bu bəladan qurtaracaq siyasi liderin - Heydər Əliyevin siyasi yolla hakimiyyətə gətirilməsi üçün vahid ideya ətrafında birləşməyə sövq edirdi. 1992-ci ildə noyabr ayının 21-də Azərbaycan ziyalıları Naxçıvana toplaşaraq, təsis konfransı keçirməklə Yeni Azərbaycan Partiyasının yaradılmasını elan etdilər. 1993-cü ilin mart ayının 7-də Balakənin bir qrup ziyalısı Yeni Azərbaycan Partiyasının təsis olinması üçün konfrans keçirdilər. Bundan artıq 23 il keçir".

Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının təsis konfransında təşkilatın ilk sədri seçilmiş Tamara Əliyeva və partiya veteranı, rayon təşkilatının təsis olunmasında iştirakı olan Ramazan Xanayev çıxış ediblər.

Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şəfəq Hacıyeva, Heydər Əliyev Muzeyinin direktoru Leyla Qarayeva çıxış edib.

Görüşdə Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yekun nitq söyləyib.

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqəsi təqdim edilibdir.

Ü.ƏSGƏROV

Digər xəbərlər