PDF Oxu

Sosial

  • 35

İsmayıllıda kartof əkini sahələri artırılacaq

İsmayıllıda kartof əkini sahələri artırılacaq

İsmayıllı rayonunda kartof əkini başlayıb.Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hazırda əkin rayonun cənub ərazilərində, o cümlədən Kürdmaşı, Kəlbənd, Gəraybəyli, Eyyubbəyli, Xəlilli, Mollaisaqlı və bir sıra digər ərazi vahidlərində aparılır. Artıq bir necə gündə 250 hektaradək sahədə kartof əkilib.Qeyd edək ki, cari mövsümdə kartof əkini sahələrinin 50-60 hektar artırılaraq 500 hektara çatdırılacağı proqnozlaşdırılır.Hazırda İsmayıllı şəhərində saatda istehsal gücü 500 kiloqram olacaq yarımfabrikat kartof püresi istehsalı zavodu inşa edilir. Zavod icarəyə götürdüyü 100 hektar sahədə müasir texnologiya ilə kartof yetişdirməyi planlaşdırır.

AZƏRTAC

Digər xəbərlər