PDF Oxu

Sosial

  • 50

Analar

Analar

Aləmi bəzəyər işığyla ay,

Ancaq öz ləkəsi üzündə qalar.

Övladı çiçək tək sevər, əzizlər,

Övladın eşqilə yaşar analar.

Sevda dolu baxışından nur ələr,

Öz eşqinin qanadında yüksələr.

Övlad eşqli dünyasında dincələr,

Sonra da kükrəyib daşar analar.

Pərvanə yanırkən şamın oduna,

Çağırmır heç kəsi öz imdadına.

Eşqilə yanarkən öz övladına,

Neçə bayatı da qoşar analar.

Doludur dünyada iztirab, kədər,

Bir duyan görmədim mən ana qədər.

Özgələr dərdini duyana qədər,

Bil, bütün hədləri aşar analar.

Aydın, bu sevgiyə sən də baş əy, dur,

İnsan sevilərkən, bil, xoşbəxt olur.

Daima qorunsa analıq yolu,

Cahanda əbədi yaşar analar.

Aydın İsmayılov,

təqaüdçü mühəndis

Digər xəbərlər