Bu günlərdə əsas ünsiyyət vasitəsi olan nitqin inkişafında dünya təcrübəsindən yararlanan" MODERN RN" NİTQ İNKİŞAFI MƏRKƏZİ sakinlərin xidmətinə öz qapılarını açmışdır.Yeni ancaq müasir üsullarla nitq mədəniyyətinin inkişafına tövhə verəcək mərkəzdə həm də digər xidmələr də göstəriləcəkdir. Mərkəzin rəhbəri Nigar Muradaova əməkdaşımızla söhbət zamanı bildirmişdir ki,yeni fəaliyyətə başlayan mərkəzdə təcrübəli mütəxəssislər müasir elmin nailiyyətlərindən yararlanaraq sakinlərimizə yüksək səviyyəlı xidmət göstərəcəklər.Bu mərkəz nitq mədəniyyətinin inkişafı ilə yanaşı bizə müracət edənlərə Ailə psixoterapiyası, Uşaq psixoterapiyasi, Uşaq qrup terapiyası,Davranış psixoterapiyası, Kəkələmənin psixo-pedoqoji korreksiyasi,Loqopedik korreksiya,Psixoloji korreksiya, Psixoanaliz,Depressiya,Komplekslər,Abituriyentlərlə psixoloji iş,Relax Rəsm ( Rəsm terapiyası ) və digər müalicə,müayinə üsulları vasitəsilə xidmət göstərəcəyik." MODERN RN" NİTQ İNKİŞAFI MƏRKƏZİnin əsas amalı müstərilərə düzgün və sərfəli qaydada xidmət etməkdir.