IV Qlobal Bakı Forumu qlobal əhəmiyyətli məsələlərin müzakirəsi və həlli yollarının tapılması üçün rasional platformadır
Məlum olduğu kimi, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumu təşkil olunub. Artıq dörd ildir təşkil edilən bu ənənəvi forumda 300-ə yaxın nümayəndə iştirakçı olub. "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumu dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələrin, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlərin müzakirə və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsinin aparıldığı platformadır.
Müzakirə olunan məsələlər sırasında multikulturalizmin, dinlərarası dialoqun və qarşılıqlı inteqrasiyanın xüsusi yer tutması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübəyə baxış olmaqla, belə bir reallığı bir daha təsdiqləyəcək ki, Azərbaycanın inkişaf modeli dünyanın diqqətindədir və öyrənilməsinə xüsusi önəm verilir. Məhz Azərbaycan bu gün aktual qlobal məsələlərin müzakirə olunduğu bir məkana çevrilib, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və rolu günbəgün artır.
Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan bu illər ərzində dünyada multikulturalizmin inkişafına çox böyük töhfələr vermişdir. Təsadüfi deyil ki, bu il Bakıda Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcəkdir. Bu, qlobal forumdur, BMT-nin himayəsi altında keçiriləcəkdir. Budur, bizim uğurlarımız, töhfəmiz, reallıqlarımız. Yəni dünyanın müxtəlif yerlərində narahatlıq doğuran ədalətsizliyin daha da artdığı müasir dövrümüzdə multikulturalizm ənənələrinin gücləndirilməsi, xüsusilə əhəmiyyətlidir. Azərbaycanda tolerantlıq kimi mültikulturalizm ideyalarına sadiqlik hər zaman güclü olub. İnsanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, insanları mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən, dinlərə qarşı suni yaradılan fobiyalara qarşı mübarizədə istifadə olunan mültikulturalizmin təbliği daha vacib və aktualdır.
Eyni zamanda, dünyada daha da dərinləşən iqtisadi və hərbi böhranın, münaqişələrin yaratdığı çətinlikləri vaxtilə Azərbaycanın da yaşayıb. Elə bu səbəbdəndir ki, böhranlı vəziyyətlərdən çıxış üçün Azərbaycan modeli təqdim edilir. Prezident İlham Əliyev bildirir ki, bu gün Avropa dövlətlərinin miqrant problemi adlandırdığı çətinlikləri ən yüksək köçkün, qaçqın problemini yaşayan ölkəmiz daxili resurslarına əsaslanaraq, heç bir ölkədən yardım almadan aradan qaldıra bildi. Çünki ölkəmizdə dinindən, milliyətindən asılı olmayaraq bütün insanlar ölkədə sabitliyin qorunması, iqtisadi inkişafın yüksəlməsi naminə bir araya gələrək eyni məqsəd naminə çalışdılar.
İqtisadi imkanlarını günbəgün artıran Azərbaycan beynəlxalq münasibətlər sistemində də yeri və rolunu möhkəmləndirir. Əgər əvvəlki illərdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif ölkələrə səfərlər edilirdisə, bu gün artıq ölkəmiz hər həftə, hər gün ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə bu məqsədə yüksək səviyyədə nail olur. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün əsas məkan seçilməsi ölkəmizə inamın güclənməsi, dünya miqyasında artan nüfuzunun ifadəsidir. Ölkəmizə bu inam bir daha təsdiqləyir ki, Avropa ilə Asiyanın qovşağında yerləşən, strateji əhəmiyyəti ilə seçilən ölkəmizdə, əsasən, iki güclü qüvvə kimi inkişaf edir. Son illərdə Azərbaycanın dünya birliyində mövqeyinin güclənməsi sivilizasiyaları birləşdirən dəyərlərə sadiqlikdən bəhrələnir. Bütün dünyanı düşündürən problemlərin müzakirəsi üçün Azərbaycanın etibarlı ünvan kimi seçilməsi ölkəmizdə mövcud olan sabitliyə verilən dəyər, davamlı inkişafımıza nikbin baxışlardır. Deyilənləri nəzərə alaraq, demək olar ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlər birgə səylərin qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə yol açdığını təsdiqləyir.
Bir sözlə, Cənubi Qafqaz və Orta Asiyada gedən proseslər, iqtisadi və siyasi vəziyyətlə bağlı məsələlərin müzakirəsi üçün Azərbaycanın əsas məkan seçilməsi bir daha göstərir ki, Azərbaycan dünyanın siyasi, iqtisadi və mədəni mərkəzdir. IV Bakı Qlobal Forumu da Azərbaycana beynəlxalq baxışın yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. İsbatlanır ki, Şərqlə Qərb arasında körpü olan Azərbaycan sülh və sabitlik məkanıdır.